Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İranı vurmaq məsələsində vaxt fərqi, Azərbaycanla Türkiyənin tutacağı mövqe -TƏHLİL

 

Beynəlxalq düzəndəki qarışıqlıq İsraillə Fələstin arasındakı münaqişənin həlli üçün səylərin artırılmasını labüdləşdirir.

Yenixeber.org: ABŞ Yaxın Şərqdəki təsirlərinin əbədi qalmayacağından qorxu keçirdiyi üçün regionun iki əzəli rəqibini barışdırmaq istəyir.

İsrail Fələstin probleminin öz şərtləri əsasında nizama qoyulmasını tezləşdirmək niyyəti ilə digər regionlar üzərindəki siyasəti arasında paralellər aparır.

Bu paralellər ABŞ-nin də maraqları ilə üzləşdirilməlidir. ABŞ Dövlət katibi Antoni Blinkenin İsrailə, daha sonra isə Fələstinə səfəri Vaşinqtonun nizamlama prosesində önə çıxmaq planlarından xəbər verir.

İsrailin “ərəb açılımı”nı, “İbrahimi razılaşması”nı həyata keçirmək xətti ABŞ ilə Türkiyənin siyasəti ilə uyuşur. İsrail “ərəb doktrinası”nın icrasını Fələstin probleminin həllinə aparan marşrut kimi görür.

İsrail Yaxın Şərq siyasətinin damarını tutan Türkiyə ilə mübahisəli məqamlara aydınlıq gətirməlidir, ən çox da iki ölkə Fələstin mövzusunda ortaq zolağa yaxınlaşmaqda çətinlik çəkir.

Türkiyənin Suriya cəbhəsində, Cənubi Qafqazın Qarabağ cinahında Rusiya ilə dil tapmaq təcrübəsi onların Yaxın Şərq regionundakı müştərək maraqlarına təsir edir.


Böyük ehtimal ki, Blinkenin səfərindəki əsas motiv Rusiyaya qarşı ölçülər götürməkdə İsraillə anlaşmaq idi.

Ancaq Ağ Ev Rusiya təsirlərini minimallaşdırmaqdan ötrü İsraili nəyəsə inandırmalıdır. Hesablamaq çətin deyil ki, İsrail Rusiyanın artan maraqlarını zəiflətmək siyasətində üzərinə öhdəlik götürəcəyi təqdirdə, ABŞ-nin qarşısına şərt qoyacaq.

Bu şərt İrana qarşı güc tətbiqindəki fikir ayrılıqlarının aradan qalxması və vahid siyasətin bərqərar olması ilə əlaqədardır.

İsrailin müdafiə naziri Yoav Qallant Blinkenlə görüşdən istifadə edərək İranın nüvə təhdidlərinə qarşı ABŞ-nin vahid siyasət aparacağına ümid etdiyini deyib.

Bu, yuxarıdakı fikri təsdiqləyə biləcək bir açıqlamadır. Əks təqdirdə İsrail Fələstin münaqişəsinin ABŞ-nin əlində olan açarlarını da ala bilər və iki ölkənin müttəfiqliyi zəifləyər.

Ancaq ABŞ ilə İsrailin arasında hər nə qədər problem olsa da, bu, onların münasibətlərinin köklərini dağıda bilmək potensialına qalxa bilməz.

İki ölkə Fələstin münaqişəsinin həllində, İrana zərbələr endirmək məsələsində, Rusiya-Ukrayna müharibəsinə münasibətdə fikir ayrılıqları yaşasa da, onların təməl xətti dəyişmir.


İsrail üçün Ukraynadakı müharibə və onun nəticələri çətin sınaq deyil. Yəhudi dövlətinin ən böyük arzusu ABŞ-ni İranın ambisiyalarına müqavimət göstərmək üçün daha güclü mövqeyə qoymaqdır.

İran mövzusunda ortaq fikirlər mübahisələrdən çoxdur, lakin son an, yəni İranın nüvə obyektlərinə zərbələr endirmək məsələsi ABŞ ilə İsraili fərqli mövqelərə gətirib çıxarır.

ABŞ dəfələrlə İsraili İrana zərbələr endirməkdən çəkindirə bilib, hərçənd ki, indi Baş nazir Benyamin Netanyahu İslam Respublikasına qarşı daha həlledici qərarlar verir. İsrail İranı bombardman etmək üçün planlarını Vaşinqtonun saatı ilə tutuşdurmaqdan qaçmaqda maraqlı görünür.

Vaşinqtonla Təl-Əvivin meyarlarındakı oxşarlıqlar və fərqliliklər İran kontekstinin Cənubi Qafqazdakı izlərini pozmaq üçün də fürsətlər verir.

ABŞ ilə İsrailin İrana qarşı əlinə düşə biləcək hərbi fürsətlər Cənubi Qafqaz regionunu da həssaslaşdırır.

Azərbaycan və Türkiyə Cənubi Qafqazda kövrək bünövrə üzərində dayanan sütunların İrana qarşı oxda laxlamamasına çalışır.

Buna görə də Azərbaycanla Türkiyə Rusiya, ABŞ, İsrail və Böyük Britaniya kimi oyunçuların maraqlarını öz strateji müttəfiqlik əlaqələrinin konyunkturuna gətirməyin faydalarını hesablayırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam