İsrailin baş naziri Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu açıqlayıb
İsrailin baş naziri Benyamin Netanyahu hər iki ölkə və ABŞ-ın ona yenidən təklif edəcəyi təqdirdə Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu bildirib.
Bu barədə “Yenixeber.org” military.pravda.ru-ya istinadən məlumat verir.
"Bütün aidiyyatı tərəflər tərəfindən istənilsə, mən bunu mütləq nəzərdən keçirəcəyəm, amma israr etmirəm", - deyən Netanyahu bunun "doğru zaman və doğru şərtlər" olduğunu bildirib.
Benyamin Netanyahu həmçinin ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən qısa müddət sonra ondan vasitəçilik tələb edildiyini, lakin o, İsrailin o vaxt baş nazir deyil, müxalifət lideri olduğu üçün ondan imtina etdiyini, ətraflı açıqlama vermədən xahişin “qeyri-rəsmi” olduğunu söylədi.
Ukrayna prezidenti Vladimir Zelenski hazırda Rusiya diktatoru Vladimir Putinlə görüşməkdə maraqlı olmadığını bildirib. O qeyd edib ki, Moskva Kiyevlə guya danışıqların mümkünlüyündən danışsa da, Kreml açıq-aşkar yalan danışır, çünki rus işğalçıları Ukraynaya raketlərlə hücumu davam etdirir.
G20 sammiti zamanı Zelenski Rusiya ilə sülhün şərtlərini açıqlayıb. Xüsusilə, Rusiya Federasiyası qoşunlarını Ukrayna ərazisindən çıxarmalı və dəymiş ziyanı ödəməlidir. Lakin Moskvada onları inkar edir və öz absurd şərtlərini irəli sürürlər.
Tərcümə etdi: Səadət Sultan