Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“RUS ORDUSUNA İNDİ KİÇİK BOYLU VƏ GÜCLÜ ƏSGƏRLƏR LAZIMDIR...” -“Rusiya nə qədər köhnə tank varsa, hamısını ortalığa çıxarmağa çalışır”

Yenixeber.org: Rusiya Ukrayna müharibəsində istədiyi nəticəni əldə etmək üçün bütün vasitələrə baş vurur. Vəziyyət o yerə çatıb ki, Rusiyanın ordu komandanlığı döyüş bölgəsinə səfərbər edilmiş əsgərlərlə birgə anbarlardan çıxarılan köhnə “T-62” tanklarını gətirmək məcburiyyətində qalıb. Ukraynanın “Defence Express” nəşrinin baş redaktoru və silahlar üzrə ekspert Oleq Katkov bu mövzuda “Apostrof.ua” saytının ona ünvanladığı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:



-Köhnə “T-62” tankının şərti olaraq müasir hesab edilən “T-72” tankından fərqi nədir?

- Rusların dartıb cəbhəyə gətirdikləri “T-62” tanklarında mərmilərin top lüləsinə qoyub atəşlənməsi sistemi avtomatk üsulla getmir. Ona görə də heyətdə “atəşləyici” olmalıdır. Şərti olaraq deyək ki, mərmiləri lüləyə yerləşdirə biləcək kiçik boylu və fiziki baxımdan güclü biri lazımdır.

- Deməli, bu “vəzifəni” yerinə yetirəcək yeni əsgərlərin əlavə təlimə ehtiyacı var. Onlar haradan yığılacaq?

- Əslində, bu, hansısa güclü hərbi bacarıq tələb etmir və atəşləyicini yetişdirmək müərəkkəb iş deyil. Yəni, atəşləyicidən iki şey tələb olunur: o, kiçik boylu və güclü olmalıdır. Belə bir cırtdan 30 kiloqramlıq mərmini daşımalıdır.

-Axı, bu tanklar illərlə ambarlarda saxlanılıb... Rusiyalıların təxminən nə qədər bu cür texnikası var?

-Rusiya ordusunun ehtiyatında çoxlu sayda “T-62” tankı var. Onların dəqiq sayını demək çətindir, real say bəlli deyil. Rusların kağız üzərindəki tank ehtiyatının 30 faizini prinsip etibarı ilə ayağa qaldırıb döyüş cərgəsinə qoşmaq olar. Rusların texniki baxımdan “T-62” tankından başqa, həm də kifayət qədər “T-55” tankları da var.

-Onların nə qədərini konservasiyadan çıxarıb döyüş cərgəsinə qoşmaq olar? Məlumat var ki, köhnə tankları təyinatına görə istifadə etmirlər. Məsələn, onlardan Ukrayna mövqelərini vurmaq üçün artilleriya qurğusu kimi istifadə edirlər?

-Bəli, onlar əsasən bunu edirlər. Amma başa düşmək gərəkdir ki, tankı Özüyeriyən Artilleriya Qurğusuna çevirmək onu müstəqil döyüş texnikası kimi məhv etməkdir. Tankın 125 millimetrlik yivsiz top lüləsinin resursu yalnız atəş üçün istifadə ediləcəksə, o, tezliklə sıradan çıxacaq. Artilleriya sistemlərinin top lülələri 4 mindən artıq atəşə davam gətirə bildiyi halda, tank lülələri maksimum 2 min atəş üçün nəzərdə tutulublar və bu da yalnız top lülələrinin tam yeni olması şərti ilə mümkündür. Beləliklə, tank lüləsinin atəş resursu bitdikdən sonra ondan istifadə etməyin mənası qalmayacaq və bu texnika təhlükəli hədəfə çevriləcək.

-Yəni, top lülələri atəşə yararlı olmadığı zaman o, mühhərikilə bərabər metal yığıntısına çevrilir...

- Faktiki belədir. Axı, öz atəş resursunu tükəndirmiş tankdan tank döyüşündə istifadə etmək olmaz. Çünki belə bir top lüləsindən atəş açmaq qətiyyən mümkün deyil.

-Rusiyanın cəbhəyə daşıdığı köhnə tanklar Özüyeriyən Artilleriyanın əvəzləyicisi kimi təhlükəli ola bilərlərmi?

-Tank prinsipcə Özüyeryən Artilleriya Qurğusunun əvəzləyicisi deyil, çünki onun şaquli hədəfləyici bucağı çox kiçikdir.

İkinci aspekt isə 125 mm tank topunun qəlpə-fuqas gücü 152 mm artilleriya mərmisinin müvafiq imkanlarından zəifdir, 115 mm tank lüləsindən atılan mərmi isə daha da zəifdir. Üçüncüsü, tank topunun maksimal atəş məsafəsi 10 kilometrdir. Deməli, tank Özüyeriyən Artilleriya Qurğusunu əvəz edə biləcək səviyyədə deyil.

-Əgər bu tanklar Özüyeriyən Artilleriyanı tam əvəz edə bilmirlərsə və ya tank döyüşünə yaramırlarsa, onda bunları nədən döyüş bölgəsinə gətirirlər?

- Ruslar bu tanklardan “PDM-3”-ün əvəzləyicisi kimi istifadə edir. Belə bir piyada topu döyüşə girib birbaşa hədəfi vuraraq geri qayıtmalıdır. Onlar faktiki hücuma keçən zirehli texnika rolunu yerinə yetirir, xüsusən də küçə döyüşlərində hansısa evi mərmi zərbələri ilə vurub sıradan çıxarırlar. Onlar Baxmutda belə edirlər. Bu texnika mobil atilleriyanı əvəzləyir.

- Bunu nəzərə alıb deyə bilərikmi ki, rusiyalılar hücuma hazırlaşırlar? Əgər onlar kütləvi şəkildə köhnə tankları cəbhə bölgəsinə daşıyırlarsa, deməli, onlardan artilleriya kimi istifadə edəcəklər...

- Çətin. Nəzərə almaq lazımdır ki, işğalçılar hər gün böyük sayda tank itirirlər. Məsələ təkcə Ukrayna Silahlı Qüvvələrinin onları məhv etməsi ilə əlaqəli deyil, rusların tanklarının çoxu tez-tez təmirə yollanır.

Rusiyanın tanklarının əksəriyyətində saz işləmə müddəti çox qısadır və tez sıradan çıxırlar. Xüsusən də indiki döyüşlər zamanı onların təmirə ehtiyacı daha da artıb. Hətta hədəfləyici və tuşlayıcı cihaz zədələndiyi halda, tank öz döyüş qabiliyyətini itirir. Ona görə də biz işğalçılara daim texnika yollanılması prosesini müşahidə edirik.

İtirilmiş qüvvələrin yerini ehtiyatda saxlanılan texnika ilə doldurmaq lazımdır. Digər tərəfdən, səfərbər edilən hissələr silah, geyim, qida və zirehli texnika ilə təchiz ediməlidir. Əlbəttə, burada söhbət yüzlərlə texinakdan gedir. Əgər hətta səfərbər edilən 200 min rusiyalıdan “büdcəyə bağlı” motoatıcı polklar yaratmaq istəyirlərsə, bunun üçün onlara 3000 ədəd tank lazımdır. Bəs, onlar bunu haradan götürəcəklər? Yəqin ki, konservasiya edilmiş nə qədər tank varsa, hamısını ortalığa çıxarmağa çalışırlar.

-Buna nail olacaqlarmı?

- Bu, çox çətin məsələdir.Təchizat ştatına müvafiq surətdə tələb olunan texnikanın yeni yaradılacaq hərbi hissələrə göndərilməsi nəinki aylar, hətta illər çəkə bilər. Ümumiyyətlə, hərbi hissələrdə başlıca texnika tank yox, zirehli transportyor, yük maşını və ya Piayadaların Döyüş Maşınıdır və həm də ki, məsələ heç də təkcə kəmiyyətlə ölçülməməlidir”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam