Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“ABŞ-da ŞƏXSƏN PUTİNİ MƏHV EDƏCƏK VASİTƏLƏR VAR” –“Ona Rusiyada nə baş verəcəyinin şəklini göstəriblər...”

“ABŞ şəxsən Putini məhv edə biləcək vasitələrə malikdir”.

Yenixeber.org: Bunu Ukraynanın BMT-dəki və ABŞ-dakı sabiq səfiri Vladimir Yelçenko mətbuata açıqlamasında bildirib.

Diplomaqt qeyd edib ki, Rusiya taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ mütləq həmin vasitələrdən istifadə edəcək və bu barədə artıq Putinə xəbərdarlıq edilib: “Ola bilsin ki, onlara bir kağız parçasının üzərində nüvə silahından istifadə olunacağı təqdirdə, Rusiyada nələrin baş verəcəyinin şəklini çəkib göstəriblər.

Birincisi, Putinin fiziki məhvi baş verəcək. Bunun üçün ABŞ-ın lazımi imkan və vasitələri var.

İkincisi, dərhal - 20-30 dəqiqə ərzində Rusiyanın Qara dəniz donanması və Ukrayna sərhədində yerləşən bütün silahlı birləşmələri məhv ediləcək. Növbəti mərhələ isə Moskva və Kreml də daxil olmaqla, Rusiyadakı bütün hərbi bazaların və strateji obyektlərin vurulmasıdır”. 

Yelçenko deyib ki, bütün bunları Putinə sadə dildə başa salıblar və məhz buna görə Rusiya tərəfindən nüvə silahı hədə-qorxuları minimuma endirilib: “Bizim üzərimizə atılan “Kinjal” raketlərindən fərqli olaraq, ABŞ-ın “Tomoqavk” raketləri və digər dəqiq silahları cəmi 15-20 santimetr xəta ilə hədəfləri vurur. Bütün bunlar Rusiya tərəfinin nəzərinə çatdırılıb. Bundan sonra Rusiya rəhbərliyinin nüvə silahı ilə bağlı söhbətləri kəsilib”.

Yelçenkodan fəqli olaraq, Rusiya rəhbərliyinin nüvə silahına əl atmaqdan vaz keçmədiyini düşünənlər də az deyil. Məsələn, bu günlərdə İtaliyanın Müdafiə naziri Qvido Krozetto deyib ki, əgər Rusiya “üfüqdə” öz məğlubiyyətini görsə və geri dönüşün olmadığı nöqtəyə çatsa, özündə nüvə silahından istifadə cəsarəti tapa bilər. Tanınmış rusiyalı siyasi təhlilçi, professor Valeri Solovey isə hesab edir ki, Putin mənəvi-psixoloji baxımdan Ukraynaya qarşı nüvə silahının tətbiqinə hazırdır. Lakin o, bununla bağlı əmrinin yerinə yetiriləcəyinə tam əmin deyil. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam