Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“HƏR SƏHƏR PUTİNƏ HESABAT VERİLİR, AMMA...” –“Ətrafı məğlubiyyətləri “ütülənmiş şəkildə” təqdim edir”

“Rusiya Prezidenti Vladimir Putinin ətrafı sistemli şəkildə ona Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı dezinformasiya ötürərək, ona pis xəbərlər verməməyə çalışır”.

Yenixeber.org:  Bu məlumatı məşhur “The Wall Street Journal” nəşri “Kremlə yaxın şəxslərə” istinadla yayıb. “The Wall Street Journal”-ın jurnalistləri iddia edirlər ki, öz mənbələrilə apardıqları söhbətlərdən onlarda Putinin cəbhədəki vəziyyətlə bağlı olduqca məhdud məlumatlara malik olduğuna dair qənaət yaranıb.

Qəzet yazır ki, hər səhər Rusiya başçısına cəbhədə baş verənlərlə bağlı yazılı hesabat verilir. Lakin hesabatın mətnində əsasən hansısa nailiyyətlərə, uğurlara yer verilir, uğursuzluqlar və məğlubiyyətlər isə “ütülənmiş şəkildə” təqdim olunur.

Yazıdakı ən maraqlı məqam isə odur ki, bu hesabatların Putinə çatana qədər köhnəldiyi və bəzən bir neçə gün əvvələ aid olduğu bildirilir. Belə ki, həmin hesabatlar əvvəlcə FTX-də və Təhlükəsizlik Şurasında “filtrdən” keçirilir. Nəhayət, yalnız şəxsən Nikolay Patruşevin də nəzarətindən keçəndən sonra Putinin masasının üzərinə qoyulur ki, bu zaman da köhnəlmiş olur.

Qəzet bildirir ki, son zamanlar Putin real vəziyyətlə daha yaxından tanış olmaq istiqamətində hərəkətlər edir: “Buna baxmayaraq, o, bütün insan itkilərinə və iqtisadi itkilərə baxmayaraq, Rusiyanın qalib gələcəyinə dair onda əminlik yaratmağa çalışan administrasiya ilə əhatə olunub”.

Ola bilsin ki, Putinin durmadan “hər şey plan üzrə gedir”, yaxud “orada(cəbhədə) hər şey qaydasındadır” deməsi və çox zaman qeyri-adekvat çıxışlar etməsi də elə bundan irəli gəlir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam