Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Bayden Zelenskini əlidolu yola salacaq –Ukraynaya hansı silahlar veriləcək?

Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq Vaşinqtondadır. O Rusiyanın onuncu ayı tamam olan işğalı başlayandan ilk dəfədir xarici səfəri zamanı ABŞ Prezidenti Co Baydenlə görüşəcək, Konqressdə çıxış edəcək.

Yenixeber.org: “Səfər zamanı Prezident Bayden Ukraynanın Rusiyanın təcavüzünə qarşı müdafiə olunmasına yardım məqsədilə yeni təhlükəsizlik yardımı paketini açıqlayacaq”, – Ağ ev bəyanatında bildirib.

Administrasiyanın aparıcı rəsmisinin dekabrın 20-də mediaya dediyinə görə, Bayden Ukraynaya artıq təsdiqlənmiş 1.8 milyard dollarlıq hərbi yardımı açıqlayacaq. Buraya ilk dəfə olaraq “Patriot” raket batareyası və qırıcı təyyarələr üçün dəqiq idarəolunan bombalar daxildir.

“Politico” dərgisinin yazdığına görə, Zelenskinin ABŞ-a səfəri zamanı Ukrayna nümayəndə heyəti Vaşinqtondan 300 km-ə qədər mənzilli ATACMS taktiki ballistik raketləri, həmçinin “Grey Eagle” və “Reaper” zərbə və kəşfiyyat pilotsuz uçan aparatlarının tədarükünü tələb etmək niyyətindədir.

Hərbi mənbələrin yaydığı xəbərə görə, ABŞ Ukraynaya Milad bayramına hədiyyə olaraq 2 milyard dollar dəyərində hərbi yardım paketi elan edəcək. Paketdə Ukraynaya “Patriot” HHM sistemlər və JDAM "ağıllı" bombalar veriləcək. Bu məlumatı Ağ Ev də təsdiqləyib. Sistem növbəti yardım paketinə daxil ediləcək. Ukrayna hərbçilərinə ondan üçüncü ölkədə istifadə öyrədiləcək.

“Patriot”un özəlliyi ondadır ki, sistemin raketləri təkcə qanadlı raketləri deyil, həm də ballistik raketləri də vura bilir.

MIM-104 “Patriot” raketlərinin əsas xüsusiyyətləri:

-maksimum hədəfi tutma məsafəsi - 80 km;

-minimum hədəfi tutma məsafəsi - 3 km;

-maksimum hədəfi tutma hündürlüyü - 24 km;

-minimum hədəfi tutma hündürlüyü - 0,06 km;

-eyni anda vurula bilən hədəflərin sayı - 8 (90° sektorunda).

Ekspertlər bu sistemlərin, habelə modernləşdirilmiş MİQ-29 qırıcılarının Ukraynaya verilməsi nəticəsində Rusiya-Ukrayna cəbhəsində əhəmiyyətli dönüş olacağını proqnozlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam