Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ağ ev Volodimir Zelenskinin ABŞ-a rəsmi səfəri barədə məlumat yayıb

 

Ağ ev Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a rəsmi səfəri barədə məlumat yayıb.

Yenixeber.org: Ukrayna liderinin bu gün, dekabrın 21-də ABŞ Prezidenti Cozef Bayden, onun milli təhlükəsizlik məsələləri üzrə komandasının əsas üzvləri və hökumət üzvləri ilə görüşləri planlaşdırılır.

Məlumata görə, V.Zelenski Konqresdə çıxış edəcək, mətbuat nümayəndələrinə müsahibə verəcək.

Ağ ev Ukrayna Prezidentinin səfəri çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin daxil olduğu ən böyük - 1,8 milyard dollarlıq hərbi yardım paketlərindən birini açıqlayacaq.

“Sky nuys”un məlumatına görə, bu gün ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonun Kiyevə böyük miqdarda sərmayə ayırması məsələsini müzakirə edəcəklər”.

Telekanalın yaydığı informasiyaya əsasən, iki ölkə liderləri arasında görüş kimsənin arzulamadığı siyasi fəsadların qarşısını ala bilər: “Bayden Ukraynaya əlverişli şərtlərlə istənilən gələcək sülh sazişinə sərmayə qoyur”.

“Sky nuys” V.Zelenskinin bu səfərinin Donetskin vilayətinin ən qaynar nöqtələrindən birinə - Baxmut şəhərinə gözlənilməz səfərindən dərhal sonra baş tutmasına diqqət çəkib, bunun təsadüfi olmadığı və Ukraynanın ABŞ-dan dəstək alacağını vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam