Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İranda azadlıq mücadiləsi:SEPAH-ın oğurladığı etirazçı vəfat edib

 

İranın Buşehr, Həştgerd, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Yenixeber.org: Tehran əyalətinin Savalan qəsəbəsində etirazçılar Mohsen Şekarinin intiqamını almaq məqsədilə radikal və qaniçən "Bəsic" qüvvələrimə məxsus bazaya od vurublar.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üç həftə öncə 32 yaşlı Suruş Purəhmədini Kərəc şəhərində oğurlayıb. Keçən həftə o, ağır işgəncələrə məruz qalıb, huşsuz halda yolun kənarında tapılıb. Suruş ötən gecə xəstəxanada dünyasını dəyişib.

Etirazlar aksiyalarında “Kürdüstandan Tehrana qədər canımız İrana fəda olsun!”, “Kürdüstan tək deyil, İran onu dəstəkləyir!", “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

 

İnsan haqları müdafiəçilərinin sözlərinə görə, təhlükəsizlik qüvələri dekabrın 17-də dəfn edilən əslən Türkmənsəhra türkmənlərindən olan və Tehranın "Çəmran" xəstəxanasında işləyən gənc həkim Ayda Rüstəmini oğurlayıb və öldürüb. Məşhur iranlı aktrisa Təranə Əlidusti ölkədə etiraz hərəkatını dəstəklədiyinə görə həbs olunub.

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Təkab) şəhərində etirazçılar xalqa divan tutan hökumət muzdlusunun evinə od vurublar.

Eyni zamanda, Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində yanğınsöndürənlər şəhər bələdiyyəsinin önünə toplaşaraq təhlükəli iş şəraitinə və hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçiriblər.

Buşehr əyalətinin Buşehr şəhərində fəallar ötən gecə xalqa divan tutan yarımhərbi və radikal "Bəsic" qüvvələrinin bazasına od vurublar.

Kirmanşah əyalətinin Kirmanşah şəhərində insanlar molla rejiminə qarşı etiraz aksiyası keçirmək üçün küçələrə axışıblar. Etirazçılar "Xameneyiyə ölüm olsun", "diktatora ölüm olsun" şüarları səsləndirirlər.

 

Rəvansər şəhərində sahibkarlar molla rejiminin iqtisadiyyatını çökdürmək məqsədilə mağaza və iş yerlərini bağlayaraq kütləvi tətil keçirirlər.

Rəzəvi Xorasan əyalətinin Taybad şəhərində gənc etirazçılar mollalarının yetişdirildiyi elmi-dini mərkəzlərə bir neçə Molotov kokteyli ataraq yandırıblar.

Etiraz aksiyalarının fonunda İranla bağlı daha bir xəbər maliyyə böhranı ilə bağlıdır. Məlumata görə, sosial mediada yayılan videoya əsasən İranda banklardan birinin rəhbərliyi telefonda deyir: "Son 15 gündür maliyyə resurslarımız mənfiyə doğru gedir".

Xatırladaq ki, İranda son günlərdə əmanətçilər öz pullarını banklardan çıxarmaq kampaniyasına start verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam