Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

PAŞİNYAN YENƏ TƏXRİBATÇI BƏYANAT VERDİ -Separatçıların hərəkətlərini dəstəklədi

"Turan"-ın məlumatına görə, bu gün geniş bəyanat yayan Paşinyan sepatatçıların hərəkətlərinə bəraət qazandırıb., həmin qərarı "Arsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti" adlandırıb .O iddia edib ki, "arsax" ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri və müvafiq olaraq "dağlıq Qarabağın" "statusu" məsələsi həll olunmadan probleminin həlli haqqında heç bir bəyanat əhəmiyyət kəsb etmir. 

"Bu məsələnin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir", deyə Paşinyan sözünə davam edib.

O, beynəlxalq ictimaiyyəti "dağlıq Qarabağda etnik təmizləmələrə" imkan verməməyə çağırıb və "dinc, sivil yollarla" Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyi vəd edib.

Öz növbəsində, Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz bəyanatında 2 sentyabr 1991-ci ili "tarixi gün" adlandırıb.

"31 il sonra Arsax xalqı əminliklə və qətiyyətlə bildirir ki, zamanın bütün sınaqlarına baxmayaraq, o, öz qərarına, seçdiyi dönməz yola sadiqdir. Arsax möhkəm dayanmalı, ermənilərə məxsus olaraq qalmalı və öz müstəqillik yolunu davam etdirməlidir", deyə o bildirib.

Bu bəyanatlar mahiyyətcə bir gün əvvəl Brüsseldə aparılan Əliyev-Paşinyan danışıqlarının məznununa ziddir. Bu görüşün əsas nəticəsi Ermənistan tərəfə Qarabağda qalan ermənilərin "müstəqilliyi" ideyasından əl çəkmək və İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmək çağırışı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam