Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məmur kreslosunda intihar:Markaryan cəmiyyətə mesaj verib?

Məmur kreslosunda intihar:    Markaryan cəmiyyətə mesaj verib?  
Ermənistanın Masis şəhərinin meriyasına təşkil olunan silahlı hücumdan sonra erməni cəmiyyətində yaranmış narazılıq və qorxu ab-havası daha da artıb. Yerli saytlar yazırlar ki, 2 ildir ölkənin başı üzərini alan qara buludlar çəkilmək əvəzinə daha da çoxalır.
Yenixeber.org: Gah sərhəddə toqquşmalar olur, gah fasiləsiz etiraz aksiyaları, ardıcıl məmur həbsləri, agent şəbəkəsinin ifşaları ilə daxili siyasətin təlatümü hiss olunur, gah da “Surmalu” faciəsi və vətəndaşların intihar hallarının artması İrəvanın ölkəni uçuruma aparmasından xəbər verir.

Maraqlıdır, meriyaya qumbara atan və merin masasında oturaraq intihar edən erməni vətəndaş bununla cəmiyyətə hansı mesajı verib?

Əslində İrəvanda gündəmə çevrilən meriyaya silahlı basqın hadisəsi adi bir kriminal xəbər kimi qəbul edilə bilərdi. Yerli media vətəndaşın meriyanın keçmiş əməkdaşı olmasını və üstəgəl onun məhz merin kreslosunda özünə qəsd etməsini diqqət çəkən amil kimi qiymətləndirir. Üstəgəl həmin şəxs müharibə iştirakçısı da olub.

Jurnalist Suzi Badoyan intihar edən Eduard Markaryanın sosial şəbəkələrdəki hesabını taparaq onun ciddi psixoloji problemlərlə üz-üzə qaldığını yazıb. O qeyd edib ki, 44 günlük müharibədə könüllülərə qoşularaq aktiv şəkildə iştirak etmiş Markaryan son vaxtlar tanınmaz halda olub.

- Deyirlər ki, hər kəsin pozitiv bir insan kimi xatırladığı Edo son vaxtlar, xüsusən də döyüşlər bitəndən, cəbhədən qayıtdıqdan sonra tamamilə dəyişib... O, hətta bu yaxınlarda boşanıbmış. Edonun iki uşağı var idi, - Badoyan meriyaya qumbara atan erməninin psixoloji problemlərinə diqqət çəkib.

Digər jurnalist Vaaqn Qukasyan da müəmmalı hücumun bir qədər sirli göründüyünü yazıb.

- Biz bu adamın Masis meriyasına niyə basqın etdiyini bilmirdik.
Onun belə addım atmasında çox ciddi səbəblər olub. Sizcə onun intihar məqsədi var idi, yoxsa ictimaiyyətin diqqətini özünə yönəltmək?, - Qukasyan deyib.

Sosial şəbəkələrin erməni seqmentində də maraqlı müzakirələr gedir. Bir qrup şərh və paylaşımlarda iddia edir ki, intiharçını aldadıb, müəyyən vədlər verib hətta içirdib binaya salıblar və o hansısa çirkin siyasi proseslərin qurbanı olub. Digər qrup isə bu fikirləri rədd edərək bunun adi kriminal hadisə olduğunu düşünür.

Qeyd edək ki, dünən axşam saatlarında Masis meriyasına silahlı hücum olması barədə məlumat yayılmışdı. Bildirilir ki, terrorçunun binaya daxil olmasının ardınca partlayış və silah səsləri eşidilib. Həmin vaxt meriyada yalnız təmizlikçi və qarovulçu olub. İntihar edən erməni heç bir tələb irəli sürməyib. Sonradan onun şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Markaryan olduğu müəyyənləşib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam