Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“QİYAMƏT GÜNÜ” VƏD EDİRDİ, İNDİ POSTUNU SİLİR... –Medvedevdən daha bir biabırçı hərəkət

Yenixeber.org: Xatırladaq ki, o, iyulun 17-də "Ukrayna Krımı geri qaytarmağa cəhd edərsə, ona elə qiyamət günü törədəcəyik ki, ondan gizlənmək çox çətin olacaq", - deyə Zelenski hökumətini hədələmişdi.

Eks-prezident əlavə etmişdi ki, Ukraynanın və ya NATO üzvü olan dövlətlərin Krımı "Rusiyanın ərazisi" kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün sistemli təhlükədir: "Onlar dişlərini qıcayıb mırıldamağa cəhd edir, ayrı-ayrı vəcdə gələn qanlı oyunbazlar isə vaxtaşırı yerindən hoppanıb hansısa bəyanatlar verir, hələ, üstəlik, bizə hədə-qorxu gələrək, Krıma hücum etmək və s. barədə boşboğazlıq edirlər. Bax, bununla əlaqədar demək istəyirəm ki, onlar belə bəyanatların nəticələrini anlamır, çünki belə bir şey baş verərsə, onların hamısı üçün "qiyamət günü" olacaq, həm də elə sürətli və ağır olacaq ki, gizlənmək çox çətin olacaq".

Medvedevin rüsvayçı addım ataraq postunu silməyə məcbur olması son həftələrdə Ukrayna Silahlı Qüvvələrinin Krımda yerləşən hərbi aviabazaları, silah-sursat anbarlarını diversiya və raket atəşləri ilə məhv etməsi, Putin hakimiyyətinin isə bu zərbələr qarşısında aciz qalması ilə bağlıdır. Dünən axşam Rusiyanın öz ərazisində - Belqorod şəhərində silah-sürsat anbarının məhv edilməsi isə Kremlin artıq müdafiə mövqeyini də itirməyə məcbur olmasından xəbər verir.

Elspertlər bildirirlər ki, yaxın günlərdə Ukrayna ordusunun hücumları daha sistemli və şiddətli hal alacaq, bu halda Rusiya daha böyük itkilərlə üzləşəcək və tədricən Ukraynada işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam