Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kiyevə gizli şəkildə təhlükəli raketlər verilib:Ruslar HARM-dan niyə çəkinirlər?

Kiyevə gizli şəkildə təhlükəli raketlər verilib:    Ruslar HARM-dan niyə çəkinirlər?  
Ukrayna Rusiyaya qarşı müharibədə radiolokasiya əleyhinə olan AGM-88 HARM yüksək sürətli anti-radar raketlərindən istifadə etməyə başlayıb. 
Yenixeber.org: Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrində belə raketlərin olması artıq Kiyevin helikopterlər və təyyarələrindən qorunmaq üçün lazım olan Rusiya hava hücumundan müdafiə radarları, həmçinin artilleriyas, o cümlədən Amerika MLRS-ni aşkar etmək üçün istifadə edilən radarlar üçün problemlər yaradır.

Nəşr yazır ki, Pentaqon HARM-ın Ukraynaya ötürülməsini rusiyalı bloqerlərin məlum raketlərin fraqmentlərinin aşkarlanması barədə məlumat yaymasından sonra təsdiqləyib.

HARM güclü silah sayılsa da, o yeni istifadə olunan raketlərdən deyil. Düşmənin hava hücumundan müdafiə missiyalarının qarşısını alan Amerika təyyarələri AGM-88-dən Liviya, İraq və keçmiş Yuqoslaviya da daxil olmaqla bir sıra əməliyyatlarda istifadə edib. Hazırda bu raketdən ümumilikdə 15 ölkə istifadə edir.

AGM-88 Vyetnam müharibəsində müvəffəqiyyətlə istifadə edilən "AGM-45 Shrike"in təkmilləşdirilmiş nəslindəndir. HARM-in modernləşdirilməsi məsafəylə bağlı çatışmazlıqlar aradan qaldırılıb.

HARM geniş tezlik diapazonunu əhatə edir və hətta radar söndürüldükdə də radar ötürücüsünün yerini yadda saxlayır. 30 mil məsafəsi o deməkdir ki, raket bir çox zenit silahlarının əhatə dairəsindən kənarda buraxıla bilər.

HARM-lar Ukraynaya mərmi və raketlərin uçuşu zamanı onları izləyən, trayektoriyalarını hesablayan və vuran, haubitsa, reaktiv yaylım atəş sistemlərini təyin edən Rusiyanın əks batareya radarlarını vurmağa kömək edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam