Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

RUS ORDUSUNUN NƏDƏ BİRİNCİ OLDUĞU TƏSDİQLƏNİR... –Laçında və Putinin İran səfərində ortaya çıxan həqiqətlər

“Dünyanın ikinci ordusu” talançılığa görə liderliyə yüksəlib

Yenixeber.org: Bu günlərdə Rusiya televiziyalarında Ukraynada məhv edilmiş bir rusiyalı hərbçinin evindən reportaj yayımlanmışdı. Həmin reportajda danışan mərhumun həyat yoldaşı ərinin necə təmiz, vətənpərvər, ləyaqətli və s. birisi olduğunu deyirdi.

Ancaq diqqətli izləyicilərin, xüsusilə ukraynalıların marağını qadının danışdığı nağıldan daha çox onun arxa fonundakı soyuducu cəlb edib. Belə ki, soyuducunun üzərində Ukrayna dilində reklam kampaniyalarına aid şəkillər yer alıb. Bui isə o deməkdir ki, soyuducu Ukraynadan oğurlanaraq gətirilib və böyuük ehtimalla mərhum rusiyalı “qəhrəman” talan etdiyi evlərdən birindən oğurladığı həmin soyuducunu sağlığında ailəsinə göndərib.



Bu isə ilk belə hal deyil və rus hərbçilərinin Ukraynada məişət əşyaları, paltar, zinət əşyaları, məişət texnikası, hətta unitaz oğurlayaraq evə göndərdiklərinə dair çoxsaylı foto və video faktlar var.

Bütün bunları bu günlərdə “rusiyalı sülhməramlılar” adlandırılan hərbi kontingentin Laçın rayonu ərazisindəki məlum hərəkətlərinə görə yada salırıq. 

Məlum olduğu kimi, rus əsgərlərin Laçının Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökməsinə dair videogörüntülər yayılıb.

“Sülhməramlılar” orada təkcə şiferə deyil, həm də taxta konstruksiyalara göz dikərək, bu materialları üzərində Rusiya bayrağı və “SK” (sülhməramlı kontingent) yazısı olan KAMAZ-a yükləyiblər. Sözügedən kənd 1992-ci ilə qədər azərbaycanlıların yaşadığı kənddir və Laçın dəhlizinə alternativ yol işə düşəndən sonra Azərbaycanın nəzarətinə keçəcək.


Bu, rus ordusunu işğal olunmuş ərazilərimizdən qaçarkən talançılıqla məşğul olan, evləri yandıran, ağacları kəsib daşıyan, hətta unitazları da aparan ermənilərlə və erməni ordusu ilə necə yaxın mənəvi tellər bağladığını əks etdirir. Bu, həm də o deməkdir ki, rus ordusu harada olmasından və “xidmət keçməsindən” asılı olmayaraq, eyni mahiyyətə, eyni davranışa, eyni keyfiyyətlərə malikdir – talamaq, oğurlamaq, qətliam törətmək...

Bu ordu xüsusilə Ukraynadakı davranışları ilə göstərdi ki, gücünə görə dünyanın ikinci ordusu sayılsa da, qətiyyən bu yerə layiq deyil və onun barəsində təsəvvürlər kifayət qədər şişirdilib. Əvəzində, bu ordu sübut etdi ki, talançılığa, oğurluğa, başıpozuqluğa, amansız qətllərə və işgəncələrə görə dünyada nəinki ikinci, birinci yerə - liderliyə layiqdir.

Rusiya və şəxsən Putin özü neçə illərdir ordusunun supersilahları, raketləri və s. barədə dünyaya hap-gop söyləyir və hətta buna aid cizgi filmlərinə bənzəyən videolar nümayiş etdirirdi. Ancaq adi PUA-sı olmadığı üçün heç də dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri sırasına aid olamayan və uzun illər sanksiyalar altında qalan, üstrü-başı tozlu İrandan PUA almağa çalışır, onun ümidinə qalıb. Şəxsən Putinin son İran səfərinin əsas məqsədinin məhz bu olduğu qeyd edilir.



Bəs, hanı rus hərbi-sənaye kompleksi, rus silahı, rus texnologiyası? Görünür, bütün bunlar ordunun özü boyda bir feykdir! Korrupsiya, oğurluq, talançılıq bu böyük ölkəni, ordu da daxil olmaqla, onun bütün sahələrini qurd kimi içindən yeyib və Putin başında özünün durduğu bu sistemin fəaliyyətinin bəhrəsini görür.

Bu gün o boyda “möhtəşəm” ordu ABŞ-ın Ukraynaya verdiyi cəmi 8 ədəd “HİMERS”-in qarşısında aciz qalıb. Hansı ki, ekspertlərin bildirdiyinə görə, ABŞ-ın arsenalında azı 500 ədəd belə qurğu və 1000-dən artıq oxşar funksiya və imkanlara malik sistemlər var. Yaxşı, bunların çox yox, 10 faizi Ukraynaya verilsə, “dünyanın ikinci ordusu”nun aqibəti necə olacaq?

Bu ordu təkcə silah və texnologiya deyil, idarəetmə, şəxsi heyət, zabit və general korpusu sarıdan da acınacaqlı durumda olduğunu göstərir. Artıq rus ordusunun kutuzovu, suvorovu, heç jukovu da yoxdur. Onun indi Rusiya ilə heç bir mənəvi bağı olmayan Kadırovu, Rüstəm Muradovu, Şoyqusu və bir neçə alkaş rus generalı var. Deməli, Putinin özünə və apardığı müharibəyə layiq də ordusu qalıb...

“Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam