Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Rusiya dünyanı ekoloji fəlakətə sürükləyir -Peyk görüntüləri üzə çıxdı

Britaniyada nəşr olunan " The Guardian" qəzetinin yaydığı məlumata görə, dünyada ən böyük metan qazı sızmasının Rusiyadakı kömür mədənində basş verib.

Yenixeber.org: Məqalədə bildirilir ki, Kanadada yerləşən peyk izləmə şirkəti olan GHGSat-ın məlumatına görə, yanvar ayında Rusiyanın Kemerovo vilayətindəki Raspadskaya kömür mədənindən saatda təxminən 90 ton metan qazı buraxılıb. Bunun bir il ərzində 2,4 milyon ev üçün kifayət qədər təbii qaz hasil edəcək səviyyədə olduğu bildirilir.

Raspadskaya mədənində baş verən sızma, GHGSat-ın 2016-cı ildə qlobal peyk izləməsinə başladığından bəri aşkar etdiyi hər hansı digər sızmadan təxminən 50 faiz böyükdür. Şirkət bəyan edib ki, sızıntı bu günə qədər bir mənbədən baş verən hər hansı sızmadan daha böyük olub.

Bill Klintonun Ağ Evdəki keçmiş müşaviri, hazırda Vaşinqtondakı Proqressiv Siyasət İnstitutunda çalışan Pol Bledsoe deyib: “Bu, Rusiyanın dünyanın ən böyük və ən dağıdıcı metan sızıntılarını gizlətdiyinin sübutudur. Putin, müharibəni maliyyələşdirmək naminə Rusiya kömüründən, neftindən, qazından qazanc əldə etməyə çalışır və bunun üçün bu nəhəng, zərərli tullantıları gizlədir”.

Qeyd edək ki, qlobal miqyasda aparılan son ekoloji araşdırmalar göstərmişdi ki, metan qazının kəsilməsi qlobal istiləşmənin qarşısını almağın ən sürətli yollarından biri ola bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam