Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Polşanın Baş naziri Rusiya ilə müharibə üçün 40 milyonluq ordu hazırlayır –Sonuncu polyaka qədər...

Polşanın Baş naziri Mateuş Moravetski Rusiyanın ünvanına növbəti döyüşkən replikası ilə qəzəbini bildirib.

Yenixeber.org: Polşa hökumətinin başçısı məktəblilər üçün Mışkuv şəhərində (Sileziya voyevodluğu) məktəblilər üçün keçirilən pnevmatik idman tirinin açılışında iştirak edib. Fotokameralar qarşısında alman istehsalı («Valter») olan pnevmatik tüfənglə poza verən Moravestki siyasi bəyanat verib: «Kreml bilməlidir ki, əgər Rusiya nə vaxtsa Polşaya soxularsa, o zaman bizim 40 milyon polyak əlində silah olaraq öz Vətənini qoruyacaq».

Nəzərə alaraq ki, Polşanın əhalisi 2018-ci ildə 38,4 milyon nəfər olub, belə çıxır ki, Moravetski Polşa ordusuna istisnasız olaraq bütün uşaqları, qadınları və qocaları yazıb. Döyüşmək stimulu qismində «sonuncu polyaka qədər», polşalı məmur fantom tarixi qorxu keçirir. Tirdə o, digərləri ilə yanaşı deyib: «Bir çox əsrlər boyunca Polşa Rusiyanın ayaqları altında, əsirlikdə olub. Biz, bu nökərçiliyi geriyə qaytarmaq istəmirik. Biz, onlaran müstəmləkəçiliyini, onların imperializmini rədd edirik. Biz, azad ölkədəyik və öz azadlığımız uğrunda mübarizə aparıcağıq».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam