Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“ÇOX VARLI VƏ ÇOX XƏSİSDİR...” –“Onu həmişə piar, karyera və pul maraqlandırıb” (VİDEO)

Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan İqor Strelkov (Qirkin) Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu sərt tənqid və ittiham edib.

Yenixeber.org: Strelkovun sosial şəbəkələrdə yayılan son çıxışında Müdafiə naziri korrupsioner, karyerist və hərb elmindən bixəbər biri kimi təqdim olunub: “Şoyqu ümumiyyətlə, heç vaxt hərbçi olmayıb. İkincisi, hərbi iş onun üçün qətiyyən maraqlı deyil. Üçüncüsü, onu həmişə yalnız piar, karyera və pul maraqlandırıb. İfrat varlı və ifrat xəsisdir. O, ən çox özünü piar edə biləcək şeylərlə maraqlanıb. FHN rəisi olanda da belə olub...”

Qirkin bildirib ki, Şoyqu orduda quruculuq işləri aparmaq əvəzinə özünü reklam etməklə və əyləncə xarakterli tədbirlərlə məşğul olub: “Buna görə də tank biatlonu yarışı ilə, beton bunker tikməklə məşğul olub...”

 

 

Separatçı xatırladıb ki, nazirin ağacdan yonulmuş eksponatlarından ibarət sərgisi keçirilib. Qirkin rişxəndlə Şoyqunu qədim italyan heykəltəraş Mikelanceloya bənzədərək soruşub ki, vaxtının böyük hissəsini bu “yaradıcılığa” həsr edən nazir, ordu quruculuğuna necə vaxt tapa bilərdi?

Şoyqunu “axmaq” adlandıran Qirkin nazirin qədim silah və orden kolleksiyası yığmaqla məşğul olduğunu da söyləyib: “O, ətrafına da elə özü kimi generalları toplayıb. Şoyqu Krıma gələndə çox yaxın tanışım ona Çindəkindən də ucuz qiymətə hərbi sənaye üçün vacib detallar alınması sxemini təklif etmişdi. O isə əvəzində yalnız bir şey soruşdu – sənin dəniz kənarında bağ sahən var? O, biznes-təklifə heç baxmadı belə”.

Strelkov rus ordusunun Ukraynada düşdüyü acınacaqlı duruma görə əsas günahkarlardan birinin məhz Şoyqu olduğunu qeyd edib. O, deyib ki, nazir odrunun təchizatı məsələsində çox məsuliyyətsiz və yaramaz davranıb. Misal üçün bildirib ki, Xerson istiqamətində döyüşən batalyonların birində hazırda cəmi bir gecə görmə cihazı və bir teplovizer var. Bu isə həmin vasitələri kifayət qədər çox olan Ukrayna hərbçilərinə böyük üstünlük qazandırır. Strelkov onu da əlavə edib ki, Ukrayna Ordusu Xerson istiqamətində Rusiya cəbhəsini asanlıqla yara bilər.“Azpolitika”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam