Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Zelenski Nevzorova və həyat yoldaşına Ukrayna vətəndaşlığı verdi -FOTO

“Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib”.

Yenixeber.org: Bu barədə Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalında yazıb.

“Cəsarətinizə, dürüstlüyünüzə, müharibənin dayandırılması üçün səmimi şəkildə yardım etdiyinizə və real vəziyyətin düzgün qiymətləndirilməsinə görə, Aleksandr və Lidiya, sizə təşəkkür edirəm”, – DİN başçısının müşaviri bildirib. O qeyd edib ki, martın 23-də Rusiyanın İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salma” ittihamı ilə iş açıb: “Buna səbəb Mariupolda doğum evinin vəhşicəsinə bombalanmasını Rusiya xalqına dürüst şəkildə anlatması olub”.

 

Qeyd edək ki, hazırda Rusiyada axtarışda olan Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorova bundan əvvəl Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib. Onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub. O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam