Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

UKRAYNALILAR RUSİYADA “FİLTRASİYA DÜŞƏRGƏLƏRİ”nə APARILIR –“Milli kimliklərini yox etməyə çalışırlar”

Rusiyanın işğal etdiyi Ukrayna şəhərlərində İkinci Dünya Müharibəsindən sonra terror aləti kimi qəbul edilən, “filtrasiya düşərgələri” peyda olub.

Yenixeber.org: “Maxar” texnologiya şirkəti tərəfindən çəkilmiş peyk görüntülərinə əsasən, Rusiyanın işğal etdiy Mariupol şəhərinin Bezimenne kəndində rus hərbçilərin mavi-ağ çadırlardan ibarət müvəqqəti düşərgələr qurduqları ortaya çıxıb.

Məlumatda qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, yüz minlərlə insan işğalçı qüvvələr tərəfindən zorla Rusiyaya deportasiya edilib.

Ukrayna prezidenti Volodimir Zelenski son çıxışlarının birində bu rəqəmin yarım milyon nəfərə çatdığını bildirmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ukraynadan 1 milyona yaxın insanın Rusiyaya evakuasiya edildiyini açıqlayıb.

 

 

Bu insanların əksəriyyətinin Ukraynadan çıxarılarkən, Rusiyanın yaratdığı “filtrasiya düşərgələri” adı verilən məntəqələrə aparıldıqları bildirilir. Bəzi şahidlərin sözlərinə görə, bu düşərgələrə göndərilən ukraynalılar Rusiyaya deportasiya edilməzdən əvvəl fotoşəkilləri çəkilərək mobil telefonlarını və şəxsiyyətlərini təsdiq edən sənədləri təhvil verməyə məcbur ediliblər.

Bəs “filtrasiya düşərgəsi” nədir və insanlar bu düşərgələrə niyə aparılır?

Məlumat üçün qeyd edək ki, “filtratsiyia düşərgəsi” adı verilən həbsxanalar İkinci Dünya Müharibəsinin sonlarında alman əsirliyində olan Sovet İttifaqı hərbçilərinin və vətəndaşlarının nasistlərin ideologiyasından azad edilmələri üçün yaradılıb. Həmin vaxt 4 milyondan çox insan bu məntəqələrdə ciddi yoxlamalardan və sorğu-sualdan keçiriliblər.

Düşərgələrdə təcavüz, döyülmə və işgəncələrə məruz qalanlardan 280 min nəfəri həyatını itirib.

Rusiya birinci və ikinci çeçen müharibələrində də bu kamplardan istifadə edib. Zorla bu düşərgələrə aparılan minlərlə çeçen müəmmalı şəkildə yoxa çıxıb.

ABŞ rəsmiləri iddia edirlər ki, Rusiya bu düşərgələrə göndəriləcək və orada öldürüləcək insanların siyahısını əvvəlcədən müəyyən edib. Bu siyahıda mühacirətdə olan rus və belaruslu dissidentlərin, antikorrupsiya fəallarının, LGBT fərdlərinin, dini və etnik azlıqların olduğu bildirilir.

BMT-nin fikrincə, insanların işğal olunmuş ərazilərdən deportasiyası və ya köçürülməsi müharibə cinayətidir. Filtrasiya düşərgələrininisə ukraynalıların milli kimliyini silmək üçün ruslar tərəfindən yaradıldığı bildirilir.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam