Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Şoyqu reanimasiyadadır, 20-yə yaxın general həbs edilib” –Rus oliqarxlarına yaxın mənbə

Rusiyanın müdafiə naziri Sergey Şoyqu son günlər görünmür. 

Yenixeber.org: Dünən Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin Şoyqu və Baş Qərərgah rəisi Valeri Gerasimovla əlaqə qurmaq cəhdləri alınmır.

“Son cəhdin nə vaxt olduğunu bilmirəm. Məncə, bu yaxınlarda, olub. Və yenə də ruslardan heç bir cavab olmadı”, – Kirbi deyib.

Ukrayna və Qərbin bəzi media orqanları nazirin səhhətində ciddi problemlər olduğunu, bu səbəbdən aktiv fəaliyyət rejimindən kənarlaşdırıldığını yazıb. Bu xəbərlərdən sonra S.Şoyqu Kreml rəhbəri V.Putinin keçirdiyi müşavirədə görünsə də, sonradan yenə "qeybə çəkilib".

Rusiya oliqarxlarına yaxın olmuş Leonid Nevzlin adlı şəxs isə Moskvadakı mənbələrindən aldığı məlumata əsasən sosial şəbəkədə yazıb ki, Şoyqu "geniş infarkt" səbəbindən reanimasiyaya aparılıb. Müdafiə Nazirliyinin 20-yə yaxın generalı isə 10 milyard dollarlıq korrupsiya ittihamı ilə həbs edilib.

 

Xatırladaq ki, ötən həftə V.Putin Ukraynada döyüşən ordu hissələrinə Çeçenistan və Suriya müharibələrində qəddarlığı ilə ad çıxarmış general-leytenant Aleksandr Dvornikovu komandan təyin edib."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam