Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sarkisyanın qəfil istefası və ya Nikol üçün tarixi şans-ŞƏRH

Xəyal Bəşirov: "Bu, Paşinyan üçün “Varfolomey gecəsi”ni 450 il sonra təkrarlaması üçün bəlkə də sonuncu real və tarixi şansdır"

Yenixeber.org: Yanvarın 23-ü axşam saatlarında Ermənistanın Prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verdiyini açıqlayıb. Sarkisyan istefasına bir neçə mühüm faktorun səbəb olduğunu deyib. Artıq sabiq sayılan Prezident bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır: “2018-ci ildə Prezident olmaq üçün verdiyim mühüm qərarı qəbul edərkən mənə verilən təklifdən çıxış etdim. Təklifə əsasən yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı. Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu. Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm. Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim". 

Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır - müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd - Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, - Sarkisyan qeyd edib.

“Bizdə paradoksal vəziyyət yaranıb - prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s”. - Sarkisyan əlavə edib.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan Prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü.

Sarkisyanın qəfl istefa qərarına Ermənistan siyasi dairələrində reaksiya müxtəlifdir. Ermənistan Parlamentinin spikeri Alen Simonyan Milli Assambleyanın iclasında bildirib ki, Prezidenti hələ də istefasını geri götürə bilər. Ermənistan Konstitusiyasının müddəalarını xatırladan Simonyan qeyd edib ki, Prezident bir həftə ərzində istefasını geri götürərsə, Milli Assambleyanın sədri müvafiq bəyanatla çıxış edəcək: "Əks halda onun istefası qəbul edilmiş və qüvvəyə minmiş hesab olunacaq".

Parlamentdə müxalif “Mənim şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan isə bildirib ki, Sarkisyanın istefası dövlətin qarşısında duran heç bir problemi həll etmədiyi üçün gecdir və mənasını itirib. Onun sözlərinə görə, sağlam siyasi məntiq çərçivəsində ölkənin indiki hakimiyyətinin davranışını anlamaq kifayət qədər çətindir, hətta mümkün deyil: "Aydındır ki, Sarkisyan dövlətimiz üçün ən çətin situasiyalarda və ən mühüm proseslərdə Konstitusiyanın ona verdiyi ən azı minimum səlahiyyətlərdən istifadə etməyib. Sarkisyan bu səlahiyyətləri qeyri-kafi və ya səmərəsiz hesab edirdi. Halbuki olan səlahiyyətlər bir çox konkret hallarda böhran vəziyyətlərinin həllinə kömək edə bilərdi. Bu isə öz növbəsində indi düşdüyümüz fəlakətli vəziyyətin qarşısını alardı”.

Vanetsyan Prezidentə təzyiq olub-olmamasını və ya könüllü istefa verib-verməməsini əhəmiyyətsiz hesab edir: "Sarkisyan fəaliyyəti dövründə təzyiqlərə məruz qalacaq nələrsə etməyib və Baş nazir Nikol Paşinyanla fəal əməkdaşlıq edib".

Sarkisyanın istefasının səbəbləri və Ermənistan daxilində bundan sonra baş verəcək siyasi gedişləri şərhində dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib ki, bu, gözlənilən istefa idi. Analitikin sözlərinə görə, Prezident istefasını ölkədə İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra artıq bir ildən çoxdur davam edən siyasi təlatümlərin fonunda bu proseslərə heç bir təsir imkanlarının olmaması ilə əlaqələndirdi: "Hesab edirəm ki, bu arqumentdə müəyyən həqiqət payı olsa da, istefa tam bununla bağlı deyil. Çünki 10 noyabr tarixli kapitulyasiya aktının imzalanmasından təxminən 16 ay keçir. Bu istefa tam olaraq Ermənistanın məğlubiyyəti və onun nəticəsində yaranan ölkədaxili iğtişaşlarla bağlı olsaydı, məntiqlə daha öncə baş verməli idi".

"Əslində Ermənistanın məğlubiyyətindən sonra ölkədə başlayan çaxnaşmaların nəticəsi olaraq, Baş nazirlə yanaşı, Prezidentin də istefası gözlənilirdi. Bu, aylar öncə baş verməli idi. Hər halda qəbul edək ki, ötən ilin 20 iyun tarixində keçirilən erkən parlament seçkilərindən sonra bu istefa o qədər də aktual görünmürdü. Amma görünən odur ki, cəmiyyətdə gərginliklə yanaşı, siyasi elita arasında da görünməyən, lakin ciddi xarakter daşıyan qarşıdurma hələ də davam etməkdədir", - deyə politoloq əlavə edib.

X.Bəşirov vurğulayıb ki, Ermənistan cəmiyyətində ciddi nüfuza sahib olmasa da, insanların nifrətinə də tuş gəlməyən A.Sarkisyanın istefasını iki faktorla əlaqələndirir: "Birinci faktor kimi, ötən ilin parlament seçkilərində qələbə qazanan Paşinyan Moskva ilə formal vəzifə olan Prezident kürsüsünə istənilən şəxsin sahib olmasına razılıq verib. Bu halda 2015-ci ildə keçirilən referendumun nəticələri üçüncü Prezident Serjik Sarkisyanın yolu bağlansa da, Köçəryan da daxil olmaqla digər şəxslərin seçilmə ehtimalı mümkündür. Düşünürəm ki, bu yolla tərəflər ölkə daxilində müəyyən qədər də olsa siyasi tarazlığın təmin olunmasına nail olmağa çalışacaqlar. Amma hər bir halda, əvvəlki fikrimdə qalıram ki, keçmiş "Qarabağ klanı"nın üzvlərini tam olaraq zərərsizləşdirə bilmədiyi təqdirdə Paşinyan ölkəni normal idarə edə bilməyəcək".

"İkinci amil kimi, bu istefanı ölkədə uzun müddətdir ki, baş tutması proqnozlaşdırılan siyasi repressiyalar öncəsi bir addım görürəm. Prezident bir çoxları tərəfindən əsassız olaraq zəif qəbul edilən, ancaq əslində hakimiyyətini gücləndirmək uğrunda istənilən addımı atmağa hazır olan Baş nazirin siyasi revanşa hazırlaşdığını açıq şəkildə hiss edir. Bu, Baş nazir N.Paşinyan üçün siyasi rəqiblərinə qarşı “Varfolomey gecəsi”ni 450 il sonra təkrarlaması üçün bəlkə də sonuncu real və tarixi şansdır", - Mərkəz rəhbəri vurğulayıb.

Analitik söyləyib ki, istənilən halda, Paşinyan bu imkandan mümükün qədər yararlanmağa və öz komandasından və ya ən az onun hakimiyyətinə loyal olan birinin prezident seçilməsinə çalışacaq: "Bütün bunlarla yanaşı, hazırda baş verməkdə olan proseslər Ermənistanda "Qarabağ klanı"nın tarixə qovuşmasını da reallaşdıra bilər. Çünki həmin klanın əsas hədəfi olan Paşinyanın imkanları və şansı daha böyükdür. Ermənistan Konstitusiyaya görə ölkədə prezident xalq tərəfindən deyil, parlament tərəfindən seçilir. Fransadakı kimi Milli Assaambleya adlanan Ermənistan Parlamentində də az da olsa səs çoxluğu Paşinyanda olduğuna görə, prosesin gedişatını təsəvvür etmək çətin deyil". 

"Əlbəttə, hazırda 42 yaşlı parlament sədri və Paşinyan komandasına aid olan Alen Simonyanın əvəz etdiyi Prezident kürsüsünə iddialılar çox olacaq. Bu prosesə regionda söz və nüfuz sahibi olan Moskvanın da biganə qalmayacağı məlumdur. Onu da qeyd etmək lazımdır ki, 1998-ci ildə ölkədə hakimiyyəti qanunsuz olaraq devirib, təkrar seçkilərdə az səs çoxluğu ilə hakimiyyətə gələn Robert Köçəryanla ənənəsi qoyulan 9 aprel andiçmə tarixinə də son qoyulacağı gözlənilir. Bu məqam ciddi əhəmiyyətə malik olmasa da, onu rəmzi olaraq Ermənistanın cinayətkar klanının sonunun işarəsi hesab etmək olar. Yalnız bundan sonra biz Ermənistanda artıq bir ildən çoxdur ki, davam edən ciddi böhranın səngiməsinin və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində real addımların şahidi ola bilərik", - deyə X.Bəşirov fikrini tamamlayıb.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam