Armen Sarkisyan kimdir? –Casus, diplomat, siyasətçi, yoxsa pedaqoq?
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. O, istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə izah edib. Bəyan edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir.
Yenixeber.org: Sarkisyanın sözlərinə görə, bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var: “Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar. Bizim səhv etməyə haqqımız yoxdur”.
Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ilin sentyabrında Ermənistanın parlament respublikasına keçid etməsindən sonra bu vəzifəyə seçilib. Həmin il ölkədə başlayan kütləvi etirazlar sələfi Serj Sarkisyanın baş nazir postundan istefa verməsi ilə nəticələnsə də, Armen Sarkisyan öz postunu qorumağı bacarıb. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ağır məğlubiyyətindən sonra baş nazir Nikol Paşinyanı istefaya çağırsa da, buna nail ola bilməyib. Keçirilən növbədənkənar seçkilərdə Paşinyanın rəhbərlik etdiyi siyasi blok yenidən parlament çoxluğunu əldə edib.
Armen Sarkisyan kimdir?
1953-cü il iyun ayının 23-də İrəvanda anadan olub. 1970-ci ildə Yerevan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. 1976-cı ildə ali təhsilini başa vurub və həmin universitetin aspiranturasına daxil olub. 1981-ci ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini əldə edib. 1984-cü ilə qədər Yerevan Dövlət Universiteti Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasının assistenti işləyib.
Sovet İttifaqının mövcud olduğu və SSRİ vətəndaşlarının xaricə çıxışının faktiki olaraq məhdudlaşdırıldığı bir dövrdə gələcək prezident 31 yaşında Yeravan Universitetində işini yarımçıq qoyaraq Britaniyaya üz tutur. Dünyanın və Avropanın nüfuzlu ali məktəblərindən sayılan “Kembric” Universitetində müəllim kimi fəaliyyət göstərir. Və cəmi bir il keçmir ki, yenidən İrəvanma qayıdır.
1985-1992-ci ildə Yerevan Dövlət Universiteti Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasının müəllimi, ardınca “Nəzəri fizika” kafedrasının müdiri işləyən A.Sarkisyan bununla da elmi və pedaqoji fəaliyyətinə yekun vurur. Bu məqamda qeyd edək ki, vaxtilə müdiri olduğu kafedranın yeni formatda təsisçidi da onun özü olub. Məhz elə bu səbəbdən də həmin kafedranın fəxri rəhbəri olaraq bu gün də universitetlə bağlarını qoruyub saxlayır.
Sovetlər İttifaqı dağıldıqdan sonra onu Ermənistanın Brtianiyada səfiri təyin edirlər. Bu o dönəm idi ki, SSRİ-nin dağılmasında başlıca rolun ABŞ və Britaniyaya məxsus olduğu iddia edilir, hər iki dövlət Errmənistan üzərində əhəmiyyətini artırmağa çalışırdı. Daha sonra Ermənistanı Avropa İttifaqında, Belçika Krallığında, Vatikanda, Lüksemburqda baş diplomat kimi təmsil edir. Eyni zamanda Ermənistanın Avropa Katolik İcmasının rəhbəri postunu daşıyır.
Ən qəribəsi odur ki, 1996-ci ildə Ermənistanın baş naziri təyin olunan Sarkisyan iki il sonra yenidən Britaniyaya səfir göndərilir. Bu müddətdə “Amulsar” mədəninin işlənməsi ilə məşğul olan “Lydian İnternational” şirkətinin Direktorlar Şurasının üzvü, habelə “Dilican” Beynəlxalq Məktəbinin Qəyyumlar Şurasının üzvü olur.
2018-ci il mart ayının 2-də Ermənistanın prezidenti seçilən Armen Sarkisyan aprelin 9-da səlahiyyətlərinin icrasına başlayır. Lakin bu o dövrə təsadüf edir ki, ölkədə prezident postu formal xarakter daşıyır və dövlətin başçılığı baş nazirə məxsus olur. Özünün istefa bəyanatında qeyd etdiyi kimi, daxili və xarici siyasətə təsir alətlərinin olmaması onu prezident postundan istefa verməyə vadar edir.
Sarkisyan və həyat yoldaşının Britaniyanın kral ailəsinin yaxın münasibətləri hamıya məlumdur. 2013-cü ilin mayında Armen Sarkisyan Şahzadə Çarlzı Ermənistana səfərdə müşayiət edib. Onun hər iki oğlu İngiltərədə təhsil alır. Keçmişdə Britaniya vətəndaşı olduğunu təsdiq edən Sarkisyan həm də rəsmi olaraq milyonçudur. Təqdim etdiyi deklarasiyaya əsasən onun onmilyonlarla ABŞ dolları vəsaiti var və bu pulları Londonda işləyərkən qazandığını deyir.(hokm.az)