Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Paşinyanın “sülh” maskası -İrəvanın təhlükəli maskaradı

 Ermənistan baş naziri 28 illik “Qarabağ danışıqları”nın nəticələrini nə tez unutdu? “Əgər bu, növbəti yalan və yeni erməni hiyləsi deyilsə...”

Yenixeber.org: “Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə, bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırdır”.

Bu sözləri srağagün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası perspektivindən danışarkən bildirib.

İlk baxışda nikbinliyə ümid yaradan mövqedir. Az öncə Ermənistan baş naziri Nikol Paşinyan da analoji fikirlər söyləmiş, o sırada kommunikasiyaların açılmasının ölkəsinə və regiona faydalı olacağını demişdi. Hərçənd regionda sülh və əməkdaşlığın davamlı olması üçün ən vacibi beynəlxalq hüquqi bazanın mövcudluğudur. Yəni bütün ölkələrin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasıdır. Bunu isə İrəvan rəsmilərinin dilindən hələ ki eşitməmişik.

***

Ermənistan hakimiyyətinin ən böyük problemi də elə sözlə əməlin vəhdəti məsələsidir. Bir yandan İrəvan rəsmiləri barışıqdan dəm vurur, o biri yandan isə Azərbaycana qarşı ərazi iddiasını hər addımda büruzə verməklə köhnə hakimiyyətlərin kursuna faktiki sadiqlik göstərirlər. Belə olan surətdə Ermənistan rəhbərliyinin sülhlə bağlı ritorikasını əlbəttə ki, riyakarlıq kimi qəbul eləmək lazım gəlir.

Bugünlərdə Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə söylədikləri qənaətimizin növbəti təsdiqi hesab oluna bilər. Belə ki, Qarabağ mövzusunda danışan Paşinyan deyib: “Bu sahədə uzun illər danışıqlar masasında danışılanlarla Ermənistan cəmiyyətinə verilən məlumatlar arasında böyük uçurum olub. Biz eyni yolla getmək istəmirik (?! -red.). Biz daxildə bir, xaricdə başqa şey demək, sonra bu fərq nəticəsində yaranmış tələyə düşmək istəmirik... Vəzifəmiz ”artsax"ın mövcudluğunu və “artsax xalqı”nın hüquqlarının tam şəkildə qorunmasını təmin etmək və  “artsax”ın beynəlxalq səviyyədə tanınmasını həyata keçirməkdir. Bu sahələrdə görəcəyimiz işlər bizdən böyük fədakarlıq, ardıcıllıq, balans tələb edəcək".

Qalır bircə onun “Qarabağ Ermənistandır və nöqtə” fitnəkar tezisini təkrarlaması. Olmaya Nikol 28 illik sülh oyununun erməni xalqına hansı ağır nəticələri gətirdiyini yaddan çıxarıb?..

***

Fransada prezidentliyə namizədin Ermənistanda faşizmi təbliğ edən - Fotosu

Bu xüsusda Fransa prezidentliyinə namizəd Valeri Pekresin iki gün öncə İrəvandan sonra Xankəndinə qanunsuz səfər eləməsi (özü də başının dəstəsi ilə!), orada separatçı-kriminal ünsürlərlə görüşməsində Nikol Paşinyan da suç ortağı sayılmalıdır. Axı Perkes İrəvanda onunla da bir araya gəlmişdi və Nikol ona belə təxribatçı səfərlərin böyük sülhə xidmət etməyəcəyini anlatmalı idi.

Anlatmadı. Demək, Paşinyan əslində sələfləri kimi eyni təhlükəli oyunu oynayır, gedilən fəlakətli yolu təkrarlayır. O zaman nəticələrinə də bütün dolağı ilə hazır olmalıdır.

Yeri gəlmişkən, bir ildən çoxdur sülh maskası taxan Paşinyan gərək ki, unutmayıb: Perkes kimilərin təmsil elədiyi Fransa, onun ermənipərəst rəhbərliyi, konkret olaraq prezident Makron 44 günlük müharibə zamanı işğalçı Ermənistana quru bəyanatlardan və Qarabağ torpağında gəbərdilən muzdlulardan savayı, heç bir real dəstəyi göstərə bilməyib...

***

Yevgeni Mixaylov: Davos görüşü Dağlıq Qarabağ münaqişəsinin real həllinin  başlanğıcıdır

Yevgeni Mixaylov 

“Ermənistan rəhbərliyi son zamanlar Azərbaycana münasibətdə müsbət əhval-ruhiyyə nümayiş etdirməyə başlayıb. Əgər bu, növbəti yalan və yeni bir erməni maskaradı deyilsə, o zaman İrəvandan dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş cavab addımları gözləyəcəyik”.

Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, bir-birinə rəqib olan tərəflər özlərini sivil hesab edirlərsə, bu halda İrəvan da Bakı kimi yalnız müsbət addımlar atmalıdır. “Lakin Azərbaycan və onun lideri İlham Əliyevin hərbi əsirlərin qaytarılması da daxil olmaqla, dövlətlərarası münasibətlərin yaxşılaşdırması üçün maksimum səy göstərdiyi bir şəraitdə, Bakı 10 əsiri geri qaytardıqdan sonra belə, İrəvan ona qarşı yenə iddialar irəli sürüb. Bu tip addımlar davam etsə, təəccüblənmərəm, çünki söhbət Ermənistandan gedir”, - deyə ekspert vurğulayıb.

***

Ermənistanın Güney və Quzey Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı  əsassız ərazi iddiaları – Şəkil – GADTB

Təəssüf ki, Ermənistanın öz qonşuları ilə sülh və mehribanlıq şəraitində yaşamaqla bağlı N.Paşinyanın təsəvvürü hələ ki onun sələflərinin təsəvvüründən ciddi fərqlənmir. Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları da öz yerində qalır.

Doğrudur, qonşu ölkədə konstitusiya islahatları ilə bağlı referendum söhbəti gəzir. Ancaq siyasi müşahidəçilərə görə, bu, ilk növbədə Paşinyan hökumətinin öz ömrünü uzatmağa hesablanmış gedişdir, nəinki postmüharibə dönəminin İrəvana sərt diktəsinin nəticəsi.

Məsələ də ondadır ki, “hədəfimiz ”artsax"ın mövcudluğunu və beynəlxalq səviyyədə tanınmasını həyata keçirməkdir" deyən Paşinyan, görəsən, üzündəki qeyri-tibbi maska ilə daha nə qədər oyun oynayacaq, maskarad quracaq və sələfləri kimi öz xalqını aldadacaq? Həqiqətənmi o, ərazi iddialarından rəsmən əl çəkmədən Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı xəyal edir?

Xocalı hərbi caniləri Serjik Sərkisyan və Robert Köçəryan da bu xəyallarla çox yaşadılar. Sonucu hamı bilir. O cümlədən “sorosçu” Paşinyan... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam