Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Hazırda dəhlizi Azərbaycan, yoxsa Rusiyanın qoruyacağı məsələsi müzakirə olunur” -Armen Aşotyan

 
“10 noyabrda imzalanmış sənəddə konkret olaraq dəhliz ifadəsi qeyd edilib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Yenixeber.org: O deyib ki, həmin bəyanatın 9-cu bəndində qeyd olunur ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat marşrutu açılacaq və onu rus sərhədçiləri qoruyacaqlar. “Bu o deməkdir ki, Ermənistan öz suverenliyini güzəştə gedib. Hakimiyyət “koridor olmayacaq” deyir, əslində, sizi aldadırlar. Koridor bütün hallarda olacaq. Problem odur ki, hazırda müzakirə mövzusu həmin dəhlizi kimin qoruyacağıdır: Azərbaycan, yoxsa rus əsgəri? Qalanı hamısı boş şeydir”.

Aşotyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Aremen Qriqoryanın “Əgər dəhlizin açılması üçün gücdən istifadə edərlərsə, ordumuzla müqavimət göstərəcəyik” fikrinə də münasibət bildirib. Daha doğrusu, ERP-nin sədr müavini erməni hökumətini ələ salıb: “Uşaqlar, əgər sizin nəzarətinizdə olan ordu istənilən aqressiyanın qarşısını almaq gücündədirsə, bəs, niyə Qaragöldə, Sotk-Xoznavardakı bir neçə yüz Azərbaycan əsgərini çıxara bilmirsiz? Sizin deməyinizdən belə çıxır ki, biz Azərbaycan Ordusunu öz ərazimizdən çıxara bilmirik, amma onların hücumlarına cavab vermək gücümüz var? Sizi dəli kimi qəbul edirlər. Artıq dəli olduqlarını qəbul ediblər, indi isə dığırlanmaqdadırlar. Onlar səbr kasanızın nə vaxt daşacağını hesablayırlar. Ona görə də, biz hamımız ayağa qalxıb, bu sürüləri öz yerlərində oturtmalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam