Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İki dəhliz-ŞƏRH

                            Yeni Laçın dəhlizi və Naxçıvana yol haradan keçəcək?

Yenixeber.org: Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmanın bəzi detalları haqqında ətraflı danışıb.

Dövlət başçısı deyib ki, hazırkı Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır: “Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”.

Prezidentin sözlərinə görə, beləliklə, Laçın şəhəri dəhlizin ortasında qalır:

“Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”.

Sual yaranır: üçtərəfli razılaşmada əksini tapan, prezidentin də ətraflı bəhs etdiyi yeni dəhliz hansı istiqamətdə çəkiləcək? Yol hazır olana qədər məskunlaşma həyata keçirilə bilərmi?

Daha bir mücərrəd görünən məsələ 10 noyabr Bəyannaməsində Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək infrastrukturun müəyyən olunmasıdır. Razılaşmada belə əks olunub ki, həmin nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək. Bəs, sözügedən dəhliz özündə hansı marşrutu ehtiva edir?

Daxili Qoşunların keçmiş komandanı, hərbi ekspert Fəhmin Hacıyev bildirdi ki, Laçından ikinci dəhlizin haradan çəkiləcəyi barədə rəsmi məlumat yoxdur. “Ehtimal olunur ki, indiki yola yaxın, amma hasarlanmış qapalı yol çəkiləcək. Görünür, layihələşmə mərhələsində daha geniş məlumata sahib olacağıq”, – deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, indiki dəhlizə düşən Laçın şəhəri də daxil olmaqla, məskunlaşma və yaşayış mümkün olacaq: “Fikirimcə, sadəcə dəhlizdə yaşayan insanların hüquq və azadlıqları ciddi şəkildə məhdudlaşdırılacaq. Məsələn, fövqəladə hallara uyğun, yaxud daha sərt formada məhdudiyyətlər tətbiq edilə bilər”.

Naxçıvanla Azərbaycanın qərb hissəsini birləşdirəcək yeni dəhlizə gəlincə, F. Hacıyev bunun keçmiş SSRİ vaxtında olan kommunikasiyaların bərpası əsasında olacağını deyir:

“Mincivandan Naxçıvana qədər Araz çayı boyunca İran sərhədinə yaxın dəmir yolu və şosse keçirdi. Bu yolun açılması 6-7 ay çəkə bilər”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam