Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll olunub...” -Aleksandr İsgəndəryan

Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll olunub və müzakirələr detallar üzərində gedir. Yerevandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan “Ermənistan-Xəbərlər” agentliyinə videomüsahibəsində belə deyib.

Yenixeber.org: Onun sözlərinə görə, noyabrın 8-də, 9-da, yaxud 10-da Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün baş tutub-tutmayacağı mühüm deyil. Mühüm olanı budur ki, belə görüş gec-tez olacaq və dəhliz məsələsi müzakirə ediləcək, hansısa müqavilə imzalanacaq.

“Bu sənəd müqavilə, yaxud başqa necəsə adlana bilər, amma heç bir şübhə yoxdur ki, proses gedir. Məsələ olduqca fəal müzakirə olunur, ümumən, kobud desək, həll olunub və aydındır ki, dəhliz açılacaq. Hansı variantda, hansı texniki şərtlərlə, necə, bütün bunlar müzakirə predmetidir”,-erməni ekspert bildirib.

İsgəndəryanın sözlərinə görə, dəhlizin açılması məsələsi praktiki olaraq həll edilsə də Ermənistan rəhbərliyi bunu ictimaiyyətdən ört-basdır etməyə çalışır. “Bu məsələdə Ermənistana təzyiqlər çox ciddidir, konsolidə edilmişdir və müxtəlif tərəflərdən yönəlib”,-o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam