Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“DÜŞMƏNÇİLİYİ ARADAN QALDIRMAĞIN YEGANƏ YOLU...” –Paşinyan sülh prosesindən danışıb

"Regionun iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə bilər".

Yenixeber.org: Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan bu gün parlamentdə 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

O, təhlükəsizlik sisteminin inkişafı üçün ordunun modernləşdirilməsi, müdafiə qabiliyyətinin artırılması ilə yanaşı Ermənistanın ətrafında əlverişli mühitin yaradılmasının vacibliyini qeyd edib. "Dinc inkişaf dövrünə daxil olmaq üçün ardıcıl fəaliyyət vacibdir. Bu, Ermənistana, Qarabağa, bütün regionumuza aiddir. Hesab edirik ki, Cənubi Qafqazda düşmənçilik mühitini aradan qaldırmağın yeganə yolu budur. Onun sayəsində biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini bərpa edə və onu həll edə biləcəyik. Məhz bu zaman biz regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxara bilərik. Nəticədə yerli infrastrukturun inkişafı üçün əlavə imkan yarana, uzunmüddətli inklüziv iqtisadi artım təmin edilə bilər. Eyni zamanda iqtisadi fəaliyyət göstərmək istəyən Ermənistan vətəndaşları üçün bərabər şərait yaranar, yerli və xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyi əhəmiyyətli dərəcədə arta bilər”, - Paşinyan vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam