Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Paşinyan Qarabağ danışıqlarından dovşan kimi qaçmamalıdır -Koçaryan

 

Paşinyan Qarabağ danışıqlarından dovşan kimi qaçmamalıdır - Koçaryan
Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Yerkir Media” telekanalına geniş müsahibə verib.
Yenixeber.org: Koçaryan rezonans doğuran müsahibəsində nəinki Ermənistanda, o cümlədən regionda baş verən proseslərdən, xüsusilə də İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya münasibət göstərməsindən və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni vəziyyətdən narahat olduğunu bildirib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hökuməti mövcud vəziyyətə nəzarət edə bilmir və bütün təhdidləri adekvat qiymətləndirməyi bacarmır. Koçaryanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi ətrafında kifayət qədər problematik vəziyyət yaranıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığına dair bəyanatını şərh edən Koçaryan deyib: “Ermənistanın birinci şəxsi sadəcə kənara çəkilərək “bu məsələdə yaxamı geri çəkirəm” deyə bilməz. Bu, mümkün deyil. Hər kəs onun danışıqlarda iştirak edəcəyini görəcək və artıq o, bu cür bəyanatlar verib. Mən Paşinyanın bu mövqeyini təcrübəsizliklə əlaqələndirirəm. Çünki yeni hökumət təsəvvür edə bilmir ki, danışıqlar prosesindən imtina nə deməkdir və bu, hansı nəticələrə səbəb ola bilər. Hətta ən pis danışıqlar belə, müharibədən yaxşıdır. Əgər danışıqlardan imtina edirsənsə və bu proses ümumiyyətlə yox olursa, yeganə həll yolu müharibədir”.

Sabiq prezident onu da bildirib ki, Qarabağ məsələsində öz təcrübəsini Paşinyanla bölüşməyə hazırdır: “Mən hazıram. Dialoqdan heç vaxt qaçmamışam. Məsuliyyəti öz üzərinə götürmək üçün cəsarət lazımdır, daha dovşan kimi qaçmaq yox".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam