Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanı bütün yollar Bakıya aparır: O, tezliklə Əliyevdən Ermənistanın xilasını xahiş edəcək

ABŞ-ın heç vaxt yerinə yetirməyəcəyi vədlərlə və Rusiya müdafiə naziri Sergey Şoyqunun hədiyyə etdiyi "qılınc" ilə Ermənistanın sosial-iqtisadi böhrandan çıxarılması mümkün deyil; Baş nazir Nikol Paşinyan mütləq ölkədaxili müqaviməti aşıb, Bakıya və Ankaraya səfər etməyə məcbur olacaq...

Yenixeber.org: Ermənistan yenə siyasi böhran təhlükəsi ilə üzləşib. Bu düşmən ölkənin hakim siyasi qüvvələri hələ də vəziyyətə tam nəzarət edə bilmirlər. Və Paşinyan hakimiyyətinə qarşı müqavimət artıq parlamentin divarları arasına da keçib.

Ermənistan baş naziri Nikol Paşinyan hər dəfə parlamentdə çıxış edərkən, sərt və təhqiramiz ittihamlar ilə qarşılaşır. Belə ki, müxalifəti təmsil edən deputatlar onu "kapitulyant" adlandırırlar. Və erməni baş nazir özünə yönəlik təhqiramiz ifadələri adətən, öz qulaqları ilə eşitməli olur.

3cc8b31be66c19dfea6a7321ff85d644.jpg (124 KB)

Parlamentdə hakimiyyəti və müxalifəti təmsil edən deputatların dalaşmaları artıq Ermənistan siyasətinin reallığıdır. Belə vəziyyətdə rəsmi İrəvanın hər hansı məsələdə siyasi iradə nümayiş etdirə və ya qərar qəbul edə bilməsi o qədər də inandırıcı görünmür. Bu baxımdan, Ermənistanın hər hansı məsələdə vahid mövqedən çıxış etməsi demək olar ki, mümkün deyil.

Hətta baş nazir Nikol Paşinyan belə, bu reallığı qəbul edir. O, parlamentdə çıxış edərkən, Ermənistan cəmiyyətində hökm sürən ziddiyyətlərin ölkəyə zərər verdiyini vurğulayıb. Nikol Paşinyan Qarabağ müharibəsinin nəticələri barədə danışarkən bildirib ki, Azərbaycan həmişə eyni mövqe sərgilədiyi müddətdə Ermənistan həm ölkə daxilində, həm də danışıqlar masasında fərqli fikirlər irəli sürür: "Azərbaycanın ritorikası hər zaman və hər yerdə eyni olub. Biz isə bir suala cavab tapa bilməmişik: Danışıqlar masasında bizim üçün əlverişli həll yoluna nail ola bilsək, nə edəcəyik? Bu sistemli problem nəticədə ciddi təsir göstərdi".

Əslində, fərqli mövqedən çıxış etmək ənənəsi ilk növbədə erməni baş nazirin özünə aid edilə bilər. Çünki onun mövqeyində də ciddi ziddiyyətlər mövcuddur. Erməni baş nazirin dediyi bir fikir, digəri ilə uzlaşmır. Və bu, onun mövqeyinə etimadı aradan qaldırmış olur.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Maraqlıdır ki, N.Paşinyan parlamentdə son çıxışında da belə ziddiyyətlərdən yayına bilməyib. O, əvvəlcə vurğulayıb ki, Ermənistan-ABŞ münasibətləri strateji mərhələyə qədəm qoyub. Ardınca isə "Rusiya ilə müttəfiqlik Ermənistanın təhlükəsizliyinin arxitektura sütunlarından biridir" deyib.

Göründüyü kimi, olduqca anlaşılmaz açıqlamadır. Dünyanın hər yerində bir-birinə qarşı düşmənçilik siyasəti yürüdən ABŞ və Rusiya nədənsə, eyni vaxtda Ermənistanın qayğısına qalmaq niyyətinə düşüblər. Əlbəttə, həm ABŞ-ın, həm də Rusiyanın belə bir niyyəti ola bilər. Amma o niyyətin arxasında olan maraqlar heç vaxt üst-üstə düşməz. Və bu, o deməkdir ki, bir-birinə düşmən olan iki böyük ölkəyə sığınmaq taktikası son nəticədə Ermənistanın onların toqquşan maraqları arasında əzilməsinə yol aça bilər.

Digər tərəfdən, erməni baş nazir regionda kommunikasiyaların açılmasını istədiyini bildirir. Yenə də bunun ardınca Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bəyan edir. Və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində danışıqlar prosesini bərpa etməyin vacib olduğunu vurğulayır.

Halbuki, bu iki məsələnin bir-birinə kəskin şəkildə zidd olduğunu yəqin ki, özü də bilməmiş deyil. Çünki, rəsmi Bakı Qaradağ münaqişənin artıq sona çatdığını dəfələrlə bəyan edib. Və bu mövzuda Ermənistan ilə hər hansı danışıqlara ehtiyac duymur.

2857ccc40a024bb8b0063801244aacb7.jpg (51 KB)

Rəsmi Bakı Azərbaycan əraziləri ilə bağlı hər hansı kənar dövlətlərlə, o cümlədən də Ermənistan ilə müzakirəni tamamilə məntiqsiz hesab edir. Eyni zamanda, rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasının da artıq sona çatdığına əmindir. İndi olmayan, daha doğrusu, Azərbaycan ordusu tərəfindən həll edilmiş məsələni yenidən həmsədrlər və Ermənistan ilə müzakirə edib, problem vəziyyətinə gətirmək rəsmi Bakının maraqlarına qətiyyən cavab vermir.

Ona görə də, erməni baş nazir bu məsələdə boşuna cəhdlər göstərir. İndi Ermənistan üçün N.Paşinyanın da dediyi kimi, regionda sülhün və sabitliyin təmin edilməsi, qonşularla normal münasibətlərin qurulması və inkişaf etdirilməsi daha vacibdir. Və bu məsələnin həlli üçün isə Paşinyan hakimiyyətinin siyasi iradə nümayiş etdirməsi lazımdır.

Maraqlıdır ki, erməni baş nazir ölkəsini sosial-iqtisadi böhrandan çıxarılmasına yönəlik addımların sıralamasını da əslində, bilməmiş deyil. Hər halda, o, son çıxışında da Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiya prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini vurğulayıb. Erməni baş nazirin sözlərinə görə, rəsmi İrəvan bəzi qonşularla (Azərbaycan və Türkiyə nəzərdə tutulur) münasibətlərdə düşmənçiliyə son qoymağa köklənib.

621a9c5f8298cd4c8d8f5a85.jpg (156 KB)

Ancaq rəsmi İrəvanın bütün proseslərdən yalnız təktərəfli faydalanmaq ehtirası Ermənistanı düşdüyü böhrandan çıxartmağa imkan vermir. Erməni baş nazir bir tərəfdən regionda kommunikasiyaların açılacağı təqdirdə, Ermənistanın indiki blokadadan çıxa biləcəyini vurğulayır. Digər tərəfdən isə bu prosesi Azərbaycanın "hansısa dəhliz" istəyinin çətinləşdirdiyini iddia edir. Halbuki, Azərbaycanın istədiyi həmin hansısa dəhlizin yaradılmasına üçtərəfli anlaşmalara imza atmaqla, özü razılıq verib. Və bundan yayınmaq mümkün deyil.

Ümumiyyətlə, erməni baş nazirin o qədər də geniş seçim imkanı yoxdur. Çünki, ABŞ-ın heç vaxt yerinə yetirməyəcəyi vədlərlə və Rusiyanın Sergey Şoyqunun əliylə hədiyyə etdiyi "qılınc" ilə Ermənistanın xilas olması mümkün deyil. Ermənistanın öz mövcudluğunu qoruması üçün sosial-iqtisadi böhrandan xilas addımlarının atılması vacibdir.

Belə addımlar isə erməni baş naziri istəsə də, istəməsə də məhz Bakıya və Ankaraya istiqamətləndirə bilər. Əgər, baş nazir Nikol Paşinyan Ermənistanı xilas etmək istəyirsə, mütləq ölkədaxili müqaviməti aşıb, bu addımları atmaq məcburiyyətindədir. Çünki Ermənistanın sosial-iqrisadi böhrandan xilas yollarının hamısı erməni baş naziri məhz Bakı və Ankaraya aparır. Başqa xilas yolu isə yoxdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam