Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“PREZİDENTLİYƏ NAMİZƏD OLSA, TƏƏCCÜBLƏNMƏRƏM...” –Deputatla Agentlik arasında qalmaqal böyüdü

"BNA (Bakı Nəqliyyat Agentliyi-red) qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Üstəlik də, hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir. Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalıb, insanlarımız yoxsullaşıb, məşğulluq səviyyəsi də aşağı düşüb".

Yenixeber.org: Bunları deputat Fazil Mustafa sözügedən qurumu tənqid edərkən deyib. Millət vəkili, 44 günlük savaşda canı, qanı, malı ilə böyük fədakarlıq göstərmiş vətəndaşların hər gün şəhərdə iki dəqiqə avtomobilini saxlamaqla böyük bir cərimə yükünü öz boynuna götürməli olduğunu vurğulayıb: "Üstəlik də, avtobus yollarının digər nəqliyyat vasitələrinin yolunu daraltmaq hesabına zolaqla ayrılması da şəhərdə lüzumsuz tıxacların yaranmasına səbəb olur. Bütün bunların ağrı-acısını onsuz da yoxsul vəziyyətdə olan vətəndaşımız çəkməkdədir. Bu, həm də 44 günlük savaşda qələbəmizin memarı olan ölkə Prezidentin apardığı siyasətə qarşı narazılıq elementlərinin armasına səbəb olan ciddi amillərdən biridir".

BNA-dan deputata sərt cavab və ittihamlar

 

 

BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev Fazil Mustafanın tənqidlərinə sərt reaksiya verib. O, deputatın Agentliyin ünvanına səsləndirdiyi tənqidləri qərəzli və subyektiv fikirlər adlandırıb. Eyni zamanda vurğulayıb ki, bu cür əsassız fikirlər dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyətdə çaşqınlıq yaradır: "Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir. Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur".

Mias Ağayev sonda millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib. "Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər", - deyə BNA təmsilçisi qeyd edib.

"Kürdəxanıdakı korrupsionerlərin yanına getməyi tövsiyə edəcəklər..."

 

 

Fazil Mustafa isə M.Ağayevin bu cavabına sosial şəbəkədə paylaşdığı yazı ilə cavab verib: "... Bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır. Qurumun rəhbərliyi və bütün kollektivi adından mənə şəhərdə piyada gəzmək və ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur. Burada, əlbəttə, tövsiyənin hər iki variantından aydın olur ki, qurumun rəhbəri kimi onun mətbuat xitmətinin rəhbəri də sadəcə savadsızdır...

Hər kəs bilir ki, mənim, ümumiyyətlə sürücüm yoxdur və şəhərdə avtomobilimi özüm idarə etdiyimdən sürücülərin BNA soyğunçularının əlindən nələr çəkdiyini çox yaxşı bilirəm...

Sadə bir cümləni qura bilməyənlər bir yerə yığışıb Bakı nəqliyyatını da beləcə iflic vəziyyətə salıblar. Mətbuat xidməti rəhbərinin bu tövsiyəsinin etik tərəfinə gəlincə, açığı anlaşılan budur ki, vətəndaşların kütləvi soyulması hesabına yığılan cərimələrin əhəmiyyətli hissəsi bu qurumun hesabına keçirilir. Demək ki, nə qədər vətəndaşın boğazından kəsilən pul çox olarsa, bu qurum və onun rəhbəri daha çox varlanacaq... 

Bu qurumun belə bir iddialı rəhbəri bu minvalla 2025-ci ildə özünün prezidentliyə namizədliyini versə, qətiyyən təəccüblənmərəm!... 

Bakı Nəqliyyat Agentliyi adından verilən uğursuz açıqlamada diqqət çəkən əsas məqam isə başqadır. Bu açıqlamada hər şeydən danışılıb, "ağıllı" tövsiyələr verilib, ancaq vətəndaşları zinhara gətirmiş cərimələrdən, onların əsassızlığından, onların vətəndaşı ölkə rəhbərliyindən narazı salmağından bircə kəlimə də olsun danışılmayıb. Açığı, burada hiyləgər gedişi etiraf etmək lazımdır. Ancaq hiyləgər olmaq hələ ağıllı olmaq mənasına gəlmir. Ölkə Prezidentinin vətəndaşa layiqli xidmət etmək niyyəti ilə yaratdığı Bakı Nəqliyyat Agentliyini Bakı Nəqliyyat Soyğunçuluğu Agentliyinə çevirdiyiniz üçün vətəndaşların məhkəmələrə kütləvi şikayətləri başlasa və sizlərə qarşı vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələbləri çoxalsa, əmin olun ki, Kürdəxanıda korrupsioner dostlarınızın yanına hansı formada getməyi millət vəkilləri hamınıza dəqiqliklə tövsiyə edəcəklər".

Etibar Əliyev: "İnanmıram, kimsə BNA-nın fəaliyyətindən razı qalsın"

 

 

Deputat Etibar Əliyev də Mais Ağayevin Fazil Mustafaya cavabının heç bir əndazəyə sığmadığını bildirib. O, qeyd edib ki, kiminsə BNA-nın fəaliyyətindən razı qalmasına inanmır: "Fərz edək ki, biri özünü pis hiss edir, qan təzyiqi yüksəlib. Adam bunların qorxusundan aptekin yanında maşın saxlayıb, dərman ala bilməz. Avtobusların hərəkətinə gəldikdə isə, bunun üçün uzağa getməyə ehtiyac yoxdur, 20 Yanvar, Neftçilər metrosunun ətrafını, Sabunçu və Suraxanı rayonlarındakı acınacaqlı və xaotik vəziyyəti müşahidə etmək kifayətdir. Millət vəkilinə şəhərdə piyada gəzməyi tövsiyə edən mətbuat katibinin özü bunu edibmi? Etsəydi, vəziyyəti görərdi və belə kobud cavab verməzdi. İnsanların hərəkəti üçün səkilər yoxdur. Səkilərdə maşınları park edirlər. Maşınların arasından keçmək mümkün olmadığından, vətəndaş asfalta düşür və bunun nə qədər təhlükəli olduğunu yəqin ki, Mais Ağayev bilmir".

Sahib Məmmədov: "Cərimə olmasa, şəhərdə hərəkət mümkün olmayacaq"

 

 

BNA yanında İctimai Şuranın üzvü Sahib Məmmədov isə bildirib ki, Agentliyin ən çox cərimə etdiyi sürücülərdən bir də odur: "Amma inanın, onların cəriməsi olmasa, şəhərdə hərəkət mümkün olmayacaq. Problem BNA-lıq deyil axı... Şəhərdəki parklama yerlərini BNA idarəçiliyinə verməlidirlər. Amma vermirlər. Naməlum bir qrup qanunsuz olaraq pulları toplayır. O naməlum şəxsin adını öyrənmək çox asandır. Amma çətin ki, o şəxs barədə kimsə əks fikir yazmaq fikrinə düşsün. Problem şəhər icra hakimiyyətindədir və tənqid obyekti əsas onlar olmalıdır. Bu məsələdə BNA tənqid olunmalıdırmı? Bəli, ancaq ən axırıncı tənqid olunası qurum BNA-dır".

 

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam