Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Bayden hökumətindən Azərbaycana ilk tənqid

Şəhla Hümbətova: “Öz işini gördüyünə görə vəkili cəzalandırmaq biabırçı haldır, bu bəyanat mənim timsalımda Azərbaycanda baş verənlərə reaksiyadır”

Yenixeber.org: ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanda bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsinə etirazını bildirib. Blinken Hümbətovanın insan haqlarını müdafiə etdiyinə görə cəzalandırıldığını vurğulayaraq, onu dəstəkləyəcəklərini açıq şəkildə ifadə edib.

“2020-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın işinə təcili bərpa olunmasına çağırır və  onun yanında olacağımızı bildiririk”, – deyə ABŞ dövlət katibi “Twitter”də yazıb.

Martın 26-da Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutu da Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini pisləyən bəyanat yayıb. Təşkilat bu addımın qeyri-adekvat və siyasi motivli olduğunu qeyd edib. Son illər Azərbaycanda ictimai-siyasi fəalların, tənqidçilərin hüquqlarını müdafiə edən vəkillərə qarşı sistemli şəkildə təzyiqlər olduğunu, Elçin Namazov, Xalid Bağırov, Yalçın İmanov, Əlayif Həsənovun Vəkillər Kollegiyasından uzaqlaşdırıldığını xatırladan təşkilat hesab edir ki, Ş.Hümbətovaya qarşı baş verənlər bu prosesin davamıdır.

Azərbaycan Vəkillər Kollegiyası iddia edir ki, Şəhla Hümbətova üzvlük haqqını ödəmədiyinə görə onun vəkillik fəaliyyətinə xitam verilib. Daha bir səbəb kimi bir vətəndaşın vəkildən kollegiyaya şikayəti göstərilib. Amma vəkil deyir ki, bu bəhanədir, onu prinsipial fəaliyyətinə görə cəzalandırıblar, haqqında çıxarılan qərar da siyasi motivlidir:

“Üzvlük haqqı ödənişini unutmuşam, daha doğrusu, elə bilmişəm ki, ödəmişəm. Kollegiyadan da bu barədə mənə heç bir xəbərdarlıq edilməyib. Mən vəkillik fəaliyyətimə xitam verilməsi haqda Rəyasət Heyətinin qərarından sonra bundan xəbər tutub, dərhal da ödənişi etmişəm. Daha bir iddia budur ki, guya haqqımda şikayət olub, saxta sənəddən istifadə etmişən. Hətta Vəkillər Kollegiyasının rəhbərliyi mənimlə bağlı prokurorluğa da şikayət etmişdi. Prokurorluq araşdırma apardı, təsdiqini tapmadı, cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarıldı”.

Vəkilin fikrincə, o, siyasi motivli məhkəmə işlərində fəal iştirak etdiyinə görə, fəaliyyətinə son verilib:

“Əvvəl bloger Mehman Hüseynovun məhkəmə prosesində iştirak etdiyim zaman barəmdə intizam icraatı başladı. Amma Mehmanın həbsi çox səs-küyə səbəb olduğu üçün bu məsələnin üstünə getmədilər. Daha sonra “Gəncə işi”ndə iştirak edərkən anladım ki, bu dəfə məni Kollegiyadan uzaqlaşdıracaqlar. Həmin məhkəmə prosesinin gedişində məni vəkillikdən uzaqlaşdırdılar”.

Vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı son qərarı məhkəmə verir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətova haqqında məhkəməyə müraciət edib. Martın 5-də Bakı İnzibati Məhkəməsi kollegiyanın iddiasını təmin edib.

Şəhla Hümbətova saytımıza açıqlamasında ABŞ dövlət katibinin onunla bağlı bəyanatına münasibət bildirib. Vəkil deyir ki, bir ildən çoxdur müxtəlif səviyyələrdə ona dəstək ifadə olunur, amma şəxsən ABŞ dövlət katibinin özünün məsələyə reaksiya verəcəyini gözləmirdi:

“Normal, demokratik cəmiyyətdə insan haqlarının müdafiəsi, bu istiqamətdə fəaliyyətlər dəstəklənməlidir. Bizdə isə bunlar cəzalandırılır. Beynəlxalq təşkilatların, o cümlədən dövlət katibinin bəyanatının da ruhu budur ki, bu insanlar cəzalanmalı deyil, dəstəklənməlidir. Bu bəyanat mənim timsalımda Azərbaycanda baş verənlərə münasibətdir, reaksiyadır. Ölkədəki vəziyyət barədə məlumatı olanlar eyni cür düşünür. Vəziyyətə bələd olan insanlara mənim cəzalandırılmağımın səbəbi aydındır. Bu, tənqidçi fəalların hüquqlarını müdafiə edən, prinsipial şəkildə geri çəkilməyən Yalçın İmanov, Xalid Bağırov və digər vəkillərin cəzalandırılması prosesinin davamı idi. Sadəcə, növbə mənə çatmışdı. Nə birinci deyiləm, nə də sonuncu. Beynəlxalq təşkilatlar da çalışır ki, bu proses davam etməsin. Çünki öz işini gördüyünə görə vəkili cəzalandırmaq biabırçı haldır. Bizi cəsarətli kimi təqdim edirlər. Əslində isə biz öz işimizi görmüşük. Vəkilin işi qanunun imkan verdiyi bütün mümkün vasitələrdən istifadə edib, müvəkkilinin hüquqlarını qorumaqdır. Biz də bunu etmişik. Bunu etdiyimizə görə cəzalandırılmışıq”.

Şəhla Hümbətova əlavə etdi ki, Bakı İnzibati Məhkəməsinin onun vəkillik fəaliyyətinə xitam verilməsi haqda martın 5-də çıxardığı qərarı hələ almayıb. Qərarı alandan sonra apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Ş.Hümbətova tənqidçi jurnalist Seymur Həzi, bloger Mehman Hüseynov və başqa fəalların vəkili olub. O, Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir neçəsinin də hüquqlarını müdafiə edib.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam