Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Xalid Bağırovun məsələsi AŞPA-da müzkirə olundu

 

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Xalid Bağırovun vəkillikdən kənarlaşdırılmasına münasibət bildirib.
"Xeberinfo.com":  “Azadlıq” radiosunun məlumatına görə, xanım Brassör deyib: “Vətəndaş cəmiyyəti fəalı İlqar Məmmədovun vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilib. Azərbaycanda insan haqları müdafiəçilərinin getdikcə daha çox qorxudulduğu bir vaxtda vətəndaş cəmiyyəti fəallarını müdafiə edən müstəqil vəkillərə belə açıq təzyiq qəbuledilməzdir.
Fürsətdən istifadə edib cənab Məmmədovun həbsdə qalmasına diqqət yönəltmək istəyirəm. Avropa Məhkəməsinin qərarında deyilir ki, onun saxlanması Avropa İnsan Haqları Konvensiyasının standartlarına ziddir. Ona görə də bir daha Azərbaycan hakimiyyətini dərhal cənab Məmmədovu azad etməyə  və vətəndaş cəmiyyəti fəallarını və onların vəkillərini hədəfə almaqdan çəkinməyə səsləyirəm”.
Dekabrın 10-da Vəkillər Kollegiyası Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. Xalid Bağırov bildirib ki, Vəkillər Kollegiyası qərarı Şəki Apellyasiya Məhkəməsinin hakimi Rəşid Hüseynovun şikayəti əsasında çıxarıb: “İsmayıllı hadisələrinə görə qanunsuz həbs olunan REAL Hərəkatının sədri İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsində şikayətinə baxılan zaman orada çıxış etmişəm. Demişəm ki, belə dövlət, belə məhkəmə olar, Azərbaycanda ədalət mühakiməsi olsaydı, hakim Rəşid Hüseynov belə qərəzli və ədalətsiz hökm çıxa bilməzdi. Çıxışımın bu hissəsi onların xoşuna gəlməyib. Vəkillər Kollegiyası hesab edir ki, mən belə deməklə dövlətçiliyə qarşı getmişəm. Kollegiyanın rəyində yazılıb ki, Xalid Bağırov dövlətə və dövlətçiliyə qarşı çıxış edib”.
İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam