Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyanı Əliyev və Ərdoğan dəstəkləyirmiş – Ermənilər Putini “SAR”ıyıb?

Rusiya təşkilatı Qarabağ separatçılarını dəstəkləməklə yanaşı, indi də Ermənistanın daxili işlərinə qarışır

Yenixeber.org: Uzun aylardır Rusiya Ermənilər Birliyinin (SAR) Azərbaycan və Ermənistan hakimiyyətlərinə qarşı mövqeyi çox maraqlıdır. 44 günlük Vətən müharibəsi zamanı SAR Rusiya rəhbərliyini Qarabağ separatçılarının kukla rejimini tanımağa çağırdı və eyni zamanda cəbhəyə könüllülər göndərmək niyyətində idi.

 

Müharibə bitdikdən sonra SAR rəhbəri Ara Abramyan Azərbaycan rəhbərliyini qalib kimi davranmadığına görə qınadı. Ermənistanla əlaqədar olaraq, SAR mövcud hakimiyyətin siyasətindən narazılığını ifadə edərək, onları əraziləri Azərbaycana təslim etməkdə günahlandırdı.

 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə əlaqədar olaraq Ermənistanda daxili siyasi böhran yarandığı anda, SAR başqa bir açıqlama verdi.

 

Təşkilatın bəyanatının mətnində Paşinyan və bütün komandasının istefa verməsinin lazım olduğu vurğulanır: “Biz Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının, Baş nazir Paşinyanın istefası ilə bağlı gecikmiş olsa belə, lakin ədalətli tələbini dəstəkləyirik. Ermənistanın müharibədə məğlub olmasında, minlərlə insanın və “Artsax”ın (dırnaq işarəsi bizə məxsusdur – A.A.) böyük bir hissəsinin itirilməsində günahkar olan Paşinyan və komandasının hakimiyyətdə olması milli təhqirdir və əzab və ümidsizlik daha böyük itkilərə gətirib çıxarır”.

 

Eyni zamanda, SAR müraciətində Ermənistandakı mövcud rejimi “diktatura” adlandırır: “Paşinyanın diktator rejimi bu gün açıq şəkildə oğlanlarımızın qanının tökülməsində günahkar olan Türkiyənin liderləri - Ərdoğan, Çavuşoğlu və Azərbaycan Prezidenti Əliyev kimilər tərəfindən dəstəklənir ki, müharibənin sona çatmasından sonra da, ölkəmizin və xalqımızın ləyaqətini alçaldan erməniyə nifrət ritorikalarına və cəsarətli hücumlarını davam edirlər”.

 

Türkiyənin “diktator rejiminə” dəstəyindən danışan SAR rəhbəri, nədənsə, bugünlərdə Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə də bir telefon danışığının olduğunu “unudur”. Rusiya Prezidentinin rəsmi saytında qeyd olunduğu kimi, Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirib. Rusiya dövlət başçısı da bütün tərəfləri təmkinli olmağa çağırıb.

 

Belə çıxır ki, Rusiya rəhbərliyi də Paşinyanın “diktator rejimini” dəstəkləyir. Amma SAR, nədənsə, Kremli buna görə günahlandırmağa tələsmir, baxmayaraq ki, Abramyanın açıqlamasının ruhuna və məntiqinə görə belə olmalıdır.

 

Son aylarda Azərbaycan rəhbərliyinə qarşı çoxsaylı hücumlara, habelə Azərbaycan-Rusiya münasibətlərində nifaq salmaq cəhdlərinə baxmayaraq, Rusiyanın müvafiq qurumları SAR-ın qalmaqallı bəyanatlarına reaksiya vermədi. Və bu susqunluğun son nəticəsi Rusiya rəhbərliyinin Paşinyanın “diktator rejimini” dəstəkləməkdə dolayı yola ittiham edilməsi oldu.

 

SAR-ın bir ictimai təşkilat olaraq, Rusiyadakı fəaliyyəti erməni diasporunun milli kimliyini qorumaq və qarşılıqlı sosial dəstək verməkdən ibarət olmalıdır. Lakin bu Rusiya təşkilatı Qarabağ separatçılarını dəstəkləməklə yanaşı, indi də Ermənistanın daxili işlərinə qarışır. Adamda elə bir hiss yaranır ki, sanki, SAR Rusiya qanunvericiliyinə tabe olmur və Moskvanın yox, İrəvanın maraqlarını ifadə etməklə məşğuldur...(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam