Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Partiyalar arasında görüş zərurətə çevrilib-Partiya sədri yazır

 

Siyasi partiyalar arasında həm 9 noyabr 2020-ci ildə imzalanmış üçtərfli sazişə, həm də buna əsalanaraq Rusiyanın “sülhməramlı” adı altında 27 ildən sonra Azərbaycana qoşun yeritməsinə münasibət birmənalı deyil

Yenixeber.org: 44 gün ərzində məkirli, qaniçən düşmən üzrərində şanlı qələbə qazanaraq, 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsində qəhrəman əsgər və zabitlərimizin əsas rol oynadığı şəksiz və şübhəsizdir! Məhz onların, xüsusilə də şəhidlərimizin (Allah onlara rəhmət eləsin!), qanı və canı qarşılığında Azərbaycan ərazi bütövlüyünü, süverenliyini bərpar etməyə nail olmuş, tarixi ədaləti bərpa etmişdir! Təbiidir ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının, mövqeyindən asılı olmayaraq siyasi partiyaların yekdil mövqedən çıxış etməsi də önəmli rol oynamışdır. Mübaliğəsiz demək olar ki, siyasi partiyaların, xüsusilə də, müxalifətin, vahid mövqedən çıxış etməsinə həm onların milli məsələlərdə daim vahid mövqedən çıxış etməklə bağlı sabit olaraq sərgilədiyi mövqe, həm də son illər Azərbaycanda siyasi plüralizmin formalaşması istiqamətində həyata keçirilən tədbirlər əhəmiyyətli rol oynamışdır. Bizlər, “sülhməramlı” adı altinda Rusiya qoşunlarının Dağlıq Qarbağa daxil olması və ermənipərəst mövqe sərgiləməsinə baxmayaraq, bunun müqvəqqi hal olduğuna, Azərbaycanın bütün ərazisində süverenliyimizin tezliklə tam bərpa ediləcəyinə qəti inanırıq, bunun müəyyən zamana eytiyacı olduğunu başa düşürük. Məsələ buna hansı yollarla, daha qısa müddətdə, əlavə itkilərə, dağıntılara yol vermədən nail olmaqdır. Bu nöqteyi nəzərdən hesab edirik ki, çıxış yollarının araşdırılması üçün hakim partiya (YAP) ilə müxalifət partiyaları rəhbərlərinin görüşünün (“dəyirmi masasının” ) keçirilməsi (mükünsə oflayın, deyilsə-onlayn) məqsədəuyğun olardı. Hesab edirik ki, bu istiqamətdə təşəbbüslə ya YAP-nın rəhbərliyi, yaxud PA -nın “Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi” çıxış edə bilər. Nəzərə almaq lazımdır ki, siyasi partiyalar arasında həm 9 noyabr 2020-ci ildə imzalanmış üçtərfli sazişə, həm də buna əsalanaraq Rusiyanın “sülhməramlı” adı altında 27 ildən sonra Azərbaycana qoşun yeritməsinə münasibət birmənalı deyildir. Fikrimizcə, qeyd etdiyim görüşün keçirilməsi bəzi anlaşılmaz məsələlərə aydınlıq gətirilməsinə, qeyd edilənlərə dair partiyalar arasında sezilməkdə olan fikir ayrılığına son qoyulmasına və yenidən vahid mövqeyin sərgilənməsinə imkan yarada bilər.

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam