Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir...

 

Oktyabrın 9-dan 10-na keçən gecə uzun sürən gərgin danışıqlardan sonra Rusiyanın vasitəçiliyi (əslində təhriki və təzyiqi) ilə Azərbaycanla Ermənistan arasında Qarabağ cəbhəsində müvəqqəti humanitar atəşkəs barədə razılığa gəlinməsi Azərbaycan xalqının müəyyən qismi tərəfindən birmənalı qarşılanmadı. Bunun əsas səbəbi xarici ermənipərəst dövlətlərin, xüsusilə də Rusiyanın, birbaşa hərbi-siyasi-iqtisadi yardımı ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın, 30 ilə yaxın  müddət ərzində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan "sülh danışıqlarına" baxmayaraq, torpaqlarımızı işğaldan azad etməkdən israrla imtina etməsidir. Bu cür mövqe sərgiləyənlər haqlı olaraq ehtiyat edirlər ki, öz vasitəçi missiyasına zidd olaraq faşit, qaniçən erməniləri yalnız türk düşməni olduğuna görə (və özləri də türk düşməni olduqlarından) birmənalı şəkildə müdafiə edən Fransanın və qəti ermənipərət Rusiyanın dominantlıq etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının pərpa ediləcəyi halda torpaqlarımız yenə də uzun müddət işğal altında qala bilər. İlk baxışda bu cür düşünənlərə məyyən dərəcədə haqq qazandırmaq olar. Ancaq müəyyən dərəcədə! Unutmaq olmaz ki, düşmən üzərində qələbə yalnız hərb meydanında əldə edilmir. Düşmən üzərində tam və qəti qələbə çalmaq üçün hərb meydanı ilə yanaşı, siyasi, diplomatik və informasiya cəbhəsində də qələbə çalmaq lazımdır. Əgər Vətən Müharibəsinin 14 günü ərzində baş verənlərə ötəri nəzər salsaq görərik ki, Azərbaycan qeyd edilən bütün sahələrdə inamlı qələbələr əldə etmişdir.

  1. Hərbi sahədə. Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuz qısa müddətdə torpaqlrımızın müəyyən hissəsini yağı düşməndən azad etmişdir.
  2. Siyasi sahədə. İşğal edilmiş ərazilərdə "status-kvo" və "təmas xətti" anlayışlarına son qoyulmuşdur.

  3.İnformasiya sahəsində. Azərbaycan Vətən Müharibəsi apardığını bütün dünyaya qəbul etdirmiş, Ermənistanın işğalçı olduğunu bütün dünyaya sübut etmiş və informasiya cəbhəsində erməniləri küncə sıxışdırmışdır.

  4.İqtisadi sahədə. Ermənistan silahlı qüvvələrinin əsas hissəsini sıradan çıxarmaqla onun bərpasını çətinləşdirmiş, Ermənistanın iqtisadi vəziyyətinin daha da pisləşməsini sürətləndirmişdir.

  5, Diplomatik sahədə. Sülh danışıqlarının formatının dəyişdirilməsi, bu prosesə qondarma "dqr"-nı qoşulması istiqamətində Ermənistanın cəhdlərini qətiyyətlə rədd etmiş və buna imkan verməmişdir.

   Qeyd edilənlərlə yanaşı nəzərə almaq lazımdır ki, hələlik yalnız əsir götürülmüş hərbçilərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi və mülki şəxslərin verilməsi məqsədini özündə ehtiva edən müvəqqəti humanitar atəşkəs barədə razılığa gəlinmişdir və bu sülh sazişi anlamına gəlmir. Hümanitar atəşkəs rejiminin digər parametrlərinin gələcəkdə razılaşdırılması nəzərdə tutulur. Digər parametrlər dedikdə Azərbaycan tərəfi yəqin ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü şərtlərin, yəni işğalçı erməni qoşunlarının torpaqlarımızdan  dəqiq müəyyən edilmiş qrafik üzrə çıxarılasının razılaşdırılmasını, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsini nəzərdə tutur. Bu zaman danışıqların kimin vasitəçiliyi ilə aparılacağının heç bir əhəmiyyəti yoxdur! Əgər belə olmayacaqsa heç bir sülh danışıqlarından söhbət gedə bilməz və şanlı ordumuz hərb yolu ilə buna nail olacaqdır!

 İndi əsas məsələ ermənilərin müvəqqəti atəşkəs rejimindən istifadə edərək öz ordusunun əlverişli yerdəyişməsinə, cəbhəyə əlavə qüvvələri cəlb etməsinə imkan verməməkdən ibarətdir. Ermənistan və onun havadarları yaddan çıxarmasınlar ki, son günlərin bir daha sübut etdiyi kimi, Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək iqtidarındadır. Ona görə də, heç kəs yenidən sülh danışıqları adı altında torpaqlarımızın işğalını davam etdirmək haqqında düşünməsin! Unutmasınlar ki, Azərbaycan xalqının yenilməz dəstəyinə arxalanan şanlı ordumuz, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək əzmindədir və bu əzmi heç kəs qıra bilməz! Ali Baş Komandanın da dediyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcəkdir! Biz bunun sülh yolu ilə olmasını istəyirik, Bu olmsa hərb yolu ilə azad edəcəyik! Heç kəsin buna şübhəsi olmasın!

QARABAĞ AZƏRBAYCANDIR VƏ AZƏRBAYCAN OLARAQ QALACAQDIR!

           

Təkamül Partiyasının sədri

Teyyub Qənioğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam