Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Erməni işğalçılarına dəstək olanların nəzərinə-Azərbaycan xalqının iradəsi qırılmazdır

 

 

 Heç kəs Azərbaycan xalqının, qəhrəman əsgər və zabitərimizin torpaqlarıımızı işğaldan azad etmək əzmini və iradəsini qıra bilməz!

İşğalçı erməni faşistlərinə hrətərfli iqtisadi-hərbi yadım edənlər hərəkətlərinin

sonrasını düşünsünlər!

Yenixeber.org: Sentyabr ayının 29-da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib. Biz, Azərbaycan xalqı olaraq gözləyirdik ki, nəhayət BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün qəbul etdiyi 4 qətnamənin təxirə salınmadan yerinə yetirlməsi haqda qərar qəbul edəcək, əks halda onun məcburi qaydada həyata keçiriləcəyini bəyan edəcəkdir. Ancaq bu "ən nüfuzlu beynəlxalq təşkilat"(?) yenə də erməni faşistlərinin müdafiəçisi rolunda çıxış edərək, işğalçı ilə işğala məruz qalan tərəflər arasında heç bir fərq qoymadan və işğal faktına göz yumaraq, Ermənistana "işğala son qoy" tələbi əvəzinə, riykarcasına tərəfləri atəşkəsi dayandırmağa və ATƏT-in Minsk Qrupunun çətiri altında sülh danışıqlarına(?) başlamağa çağırmışdır. Hər şeydən göründüyü kimi, həm BMT Təhlükəsizlik Şurasında, həm də ATƏT-in Minsk Qrupunda "söz sahibi olan" ermənipərət xristian üçlüyü işğalçını dayandırmaq istəmir, hər vəclə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa və sonda onu Azərbaycandan ayırmağa kökləniblər. Ancaq onlar unudurlar ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil! Xalqın və bütün əsas siyasi partiyaların tam dəstəyinə, şanlı ordumuzun yenilməz güçünə, əsgər və zabitlərimizin sarsılmaz iradəsinə əsaslanan Azərbaycan prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən inamla deyib ki: “Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”. Qoy ermənilərə dəstək verənlər, üzdə sülhdən danışanlar, Azərbaycanın ərazi bütövlüyünü sözdə "tanıyanlar", xüsusilə Ermənistana hərtərəfli iqtisadi-hərbi yardım etdiyinə dair real faktları inkar edən "dost və qardaş (?)" İran, Azərbaycan Prezidentinin bu sözlərnə diqqət etsinlər və yaddan çıxarmasınlar, sonrasını düşünsünlər! Heç kəs Azərbaycan xalqının, qəhrəman əsgər və zabitərimizin torpaqlarıımızı işğaldan azad etmək əzmini və iradəsini qıra bilməz! QARABAĞ AZƏRBAYCANDIR! QƏLƏBƏ BİZİMLƏDİR, BİZİM OLACAQ!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam