Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Bakıdakı maşın bazarı Ağdama KÖÇÜRÜLƏCƏK 

Bakıdakı maşın bazarı Ağdama KÖÇÜRÜLƏCƏK 

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri davam edir.  

Yenixeber.org: Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsidir.

Hökumətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır. 

Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.

Bu sürətli dinamika bölgənin iqtisadi inkişafına töhfə verəcək.

Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu özünəməxsus coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərinə əsaslanaraq fərqli inkişaf modeli ilə layihələndirilir.

Kəlbəcərin zəngin təbiəti, mineral suları, dağ mənzərələri və təbii ehtiyatları onu gələcəkdə nəinki ölkənin, iddialı şəkildə demək olar ki, regionun ən gözəl turizm regionlarından biri kimi formalaşdırır. Burada sağlamlıq turizmi, ekoturizm və dağ turizmi üzrə ixtisaslaşmış komplekslərin yaradılması planlaşdırılır.

Hər bir işğaldan azad edilmiş rayonun özünün iqtisadi funksiyası olacaq. Bu isə bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edir.

Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.

Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

Xüsusilə Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq. Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.(modern)

Sevinc MƏHƏRRƏMOVA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam