Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Adı tarixə QALİB KOMANDAN kimi yazılmış lider

 

 

 

Vətən müharibəsində qazandığımız qələbə ilə Ali Baş Komandan İlham Əliyev adını QALİB KOMANDAN kimi tarixə yazmış oldu!

Yenixeber.org: Bu gün Azərbaycanın çoxəsrlik tarixində ən şanlı günlərdən biri, yaxın tariximizdə misli görünməmiş əlamətdar gündür! Ali Baş Komandan İlham Əliyevin təhbərliyi ilə igid əsgər və zabitlərimiz mənfur düşmən üzərində tam və qəti qələbə qazanaraq vətənimizin ərazi bütövlüyünün təmin edilməsinin əsasını qoymuşdur! Bu münasibətlə bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını, Ali Baş Komandan başda olmaqla qəhrəman əsgər və zabitlərimizi, eləcə də, qələbəmizə sevinən dostlarımızı, xüsusilə də qardaş Türkiyəni, türk bacı və qardaşlarımızı, öz dəstəyini əsirgəməyən qardaş Pakistanı Təkamül Partiyası adından və şəxsən öz adımdan təbrik edirəm! İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, bütövlükdə Azərbaycan xalqının, əldə etdiyi bu tarixi qələbə əbədi və dönməz olacaqdır! Bu qələbə ilə Ali Baş Komandan İlham Əliyev adını QALİB KOMANDAN kimi tarixə yazmış oldu! Əsgər və zabitlərimizin qanı bahasına əldə edilən bu qələbədə, təbiidir ki, hal-hazırda ölkəmizdə mözcud olan xalq-iqtidar birliyi, siyasi mövqeyindən asılı olmayaraq hamının Ali Baş Komandan və şanlı ordumuz ətrafında sıx birləşməsi, ölkəmizdə mövcud olan sosial-siyasi sabitliyin qorunması da önəmli rol oynamışdır və ümidvarıq ki, yağı düşmən üzərində əldə edilən bu qələbədən sonra da, bu əzəmətli birlik nəinki qorunub saxlanılacaq, daha da möhkəmləndirilib inkişaf edəcəkdir! Hr şeydən göründüyü kimi, BİZ BİRLİKDƏ GÜCLÜYÜK! QƏLƏBƏ BİZİMDİR, BİZİM OLACAQ!

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam