Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Postsovet məkanı üçün təhlükə:Ukraynaya sırınan sülh planının ağır nəticələri

news content


Layihənin qəbulu sabah Azərbaycan da daxil olaraq bütün keçmiş sovet respublikaları üçün təhlükədir

Yenixeber.org: ABŞ-nin Ukrayna müharibəsini bitirmək üçün təklif etdiyi sülh planı bütün dünyada geniş müzakirə olunur. Azərbaycanlı politoloq Əhməd Əlili daha çox Rusiyanın maraqlarına xidmət edən və Kiyevi məğlubiyyətə aparan bu planın qəbul edilməsinin postsovet ölkələri üçün ağır nəticələrini şərh edib. 

Pressklub.az Əhməd Əlilinin şərhini nəzərinizə çatdırır.

Təklif olunan sülh planının nəticələri Ukraynanın hüdudlarından çox-çox kənara çıxır. Bu plan indiki formada qəbul edilsə, postsovet məkanını tənzimləyən qaydaları köklü şəkildə dəyişəcək, regional təhlükəsizlik arxitekturasını transformasiya edəcək və beynəlxalq sistemin təməllərini zəiflədəcək. Onun birbaşa və dərhal hiss olunacaq təsirlər ilk növbədə Azərbaycana, Cənubi Qafqaza və Mərkəzi Asiyaya toxuna bilər.

1. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi presedenti

Kiyevin bu planı təklif olunduğu şəkildə qəbul etməsi təhlükəli presedent yaradacaq: 1991-ci ilin sərhədləri artıq toxunulmaz hesab olunmayacaq. Sənəd Ukraynanın əraziləri olan Krım, Donetsk və Luqanskı açıq şəkildə Rusiyanın nəzarətinə verilməsini nəzərdə tutur ki, bu da aşağıdakı müqavilələrin üstündən xətt çəkilməsi deməkdir:

- Helsinkinin Yekun Aktı pozulur;

- Postsovet sərhədlərini təsdiqləyən Alma-Ata Bəyannaməsi sıradan çıxır;

- BMT Nizamnaməsinin ərazi zəbtini qadağan edən əsas prinsipləri pozulur.

Əgər sərhədlərin güc yolu ilə dəyişdirilməsi xarici təzyiqlə legitimləşdirilsə, keçmiş SSRİ-nin bütün sərhədləri alver predmetinə çevriləcək. Bu isə soyuq müharibədən sonrakı dövrün əsas prinsipini – sabit və dəyişməz sərhədlərlə təsdiqlənən müstəqillik ideyasını faktiki olaraq aradan qaldırır.

2. Böyük güclərin kiçik dövlətlərin seçiminə veto hüququ

Planın 7-ci bəndi – Ukraynanın NATO üzvlüyünə əbədi qadağa – xaricdən  kiçik dövlətlərə geosiyasi veto qoyulmasının açıq nümunəsidir. Bu yanaşma qəbul edilərsə, sabah hər hansı postsovet ölkəsinin hərbi-siyasi ittifaqları da şübhə altına düşə bilər.

Əgər Moskva öz təhlükəsizliyinə təhdid gördüyünü iddia etsə, eyni məntiqlə digər regionlarda da analoji məhdudiyyətlər tələb edə bilər. Məsələn, onun Azərbaycana-Türkiyə tərəfdaşlığına yenidən baxılmasını və ya digər regional müdafiə formatlarının məhdudlaşdırılmasını tələb edəcəyi istisna deyil. Bu presedent faktiki olaraq “Yalta 2.0” modelini bərpa edir – böyük dövlətlər kiçik ölkələrin təhlükəsizlik strukturunu öz aralarında razılaşdırırlar.

3. Böyük dövlətlərin qərar qəbul etməsi: kiçik ölkələr subyekt deyil, obyektə çevrilir

Planın ən təhlükəli elementlərindən biri beynəlxalq hüququ, çoxtərəfli institutları və regional təşkilatları kənara atmaq cəhdidir. Qərarlar yalnız böyük güclər tərəfindən qəbul olunur və digərlərinə diktə edilir.

Kollektiv təhlükəsizlik mexanizmlərinin zəif olduğu regionlarda – məsələn, Cənubi Qafqazda – bu xüsusilə risklidir. Yəni, Vaşinqton və Moskvanın strateji olaraq münasib hesab etdikləri təqdirdə, Bakı da daxil olmaqla regional paytaxtların maraqlarını nəzərə almadan qərar verə biləcəkləri mesajı ötürülür.

Bu gün olmasa belə, sabah üçün təhlükəli presedent formalaşır. Bunun nəticəsində regiondakı orta və kiçik dövlətlərin siyasi subyektliyi sistemli şəkildə zəifləyir.

4. Rusiyanın təsir dairəsinin rəsmən tanınması

İşğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın nəzarətində tanınması və Ukraynanın gələcək ittifaq qərarlarına qadağa faktiki olaraq Rusiyanın təsir dairəsini rəsmiləşdirir. Bu, Moskvaya de-fakto aşağıdakı imkanları tanıyır:

- qonşu ölkələrin suveren qərarlarına veto,

- onların xarici siyasətinə təsir,

- hərbi arxitekturalarına müdaxilə,

- strateji kurslarına təzyiq.

Bu modelin digər postsovet ölkələrinə tətbiq olunması çətin deyil. Bu, Rusiyanın “yaxın xaricdə” üstünlük iddialarını gücləndirir.

Nəticə

Plan dəyişiklik edilmədən qəbul olunarsa, regional nizam üçün dönüş nöqtəsi olacaq. Bu sənəd:

- sərhədlərin güc yolu ilə dəyişdirilməsini legitimləşdirir,

- təsir dairələri sistemini bərpa edir,

- suveren dövlətləri böyük güclərin masasında obyektə çevirir,

- post-1991 müstəqillik dövrünün əsas beynəlxalq-hüquqi dayaq nöqtələrini sıradan çıxarır.

Mahiyyət etibarilə bu, postsovet məkanında müstəqillik sisteminin sonu anlamına gələ, Cənubi Qafqaz və ümumilikdə region üçün dərin nəticələrə səbəb ola bilər.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam