Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

TÜRKİYƏ NATO-nun YENİ STRATEJİ KONSEPSİYASINA NƏLƏRİ TƏKLİF ETMƏLİDİR? –Ankara terrorla mübarizədə yeni mərhələyə keçib

Professor Gürşad Zorlu

“Habertürk”, Türkiyə, 18 fevral 2021-ci il

 

Görünən odur ki, Türkiyə terrorla mübarizədə yeni dövrə daxil olub.

Yenixeber.org: Doğrusu, Qarada həyata keçirilən qətliam PKK-ya verilən xarici dəstəyin bir çox sahədə özünü hiss etdirəcəyi bir dövrə girdiyimizə işarət edir. Bir yandan Suriya və İraqdakı kadrlarını birləşdirməyə, digər yandan da Türkiyənin siyasi-sosial sınma xətlərinə həmlələr etməyə çalışacaqlar.

Belə həyati əhəmiyyətli bir dövrdə iki sahədə öz təsir gücünü artıra bilən bir Türkiyəyə ehtiyac vardır.

Birincisi, anlayışlar dünyasındakı savaş – konseptual savaş layiqincə idarə edilməlidir. Bu, iqtidardan müxalifətədək bütün siyasi spektrin bənzər bir həssaslıq içində olmasını tələb edir. Ancaq təəssüf ki, ölkə daxilində qütbləşmə dərinləşdikcə, bu xüsusda uğur qazanmaq şansı azalacaqdır.

İkincisi, bu gün başda ABŞ olmaqla, bir çox ölkənin terror anlayışı və gözləntisi fərqlidir. Bu fərqli yanaşma və ya təhrif beynəlxalq təşkilatlar nəzdində belə, diqqəti çəkməkdədir. ABŞ PKK-nı terrorçu kimi gördüyü halda, YPG-ni elə dəyərləndirmir. Dolayısilə, bir ölkənin başqa bir ölkənin siyasətinə yön vermək istəyini terror vasitəsilə reallaşdırması müasir savaş meydanının yeni bir ssenarisi halına gəlmişdirBu kontekstdə, Türkiyə var gücü ilə Qaradakı vəhşi terror aktını anlatmağa çalışmalıdır. Onlar anlamaq istəməsə də, bu məqsəddən vaz keçmək Türkiyəni apardığı mübarizədə geri salacaqdır.

Xüsusən də sülh və təhlükəsizlik anlayışları üzərində qurulmuş olan NATO anlaşmaya tərəf olan ölkələr arasında genişmiqyaslı əməkdaşlıq nəzərdə tutmaqdadır. 1949-cu ildə qurularkən daha çox SSRİ-yə qarşı olan strategiyaların işlək olduğu NATO, Türkiyə baxımından da ciddi bir dövrdə təməl təhlükəsizlik çərçivəsini təşkil etdi. Bu strategiyalarda dövri dəyişikliklər baş versə də, təşkilatın yönləndirilməsinin əsas təyinedici amili ABŞ-ın maraqları idi. SSRİ-nin dağılması ilə birlikdə, müdafiə və təhlükəsizlik sahəsi haqqında daha çox danışılsa da, ABŞ-ın təsiri və maraqları öncəlikli olmağa davam etmişdir.

Elə NATO-nun beynəlxalq terrorizmlə (ən azı, konseptual olaraq) daha çox üzləşdiyi dövr də SSRİ-nin dağılması ilə başlayan və 11 sentyabr hücumlarınadək uzanan dövrdür. Bu dövr ərzində müxtəlif “yol xəritələri” (strateji konsepsiyalar) açıqlayan NATO 24 aprel 1999-cu il tarixli Strateji Konsepsiyasında üzv ölkələr baxımından təhlükəsizlik risklərini “terrorizm, etnik münaqişlər, insan haqlarının pozulması, siyasi qeyri-sabitlik, iqtisadi həssaslıqlar, nüvə, kimyəvi və bioloji silahlar daxil olmaqla, kütləvi qırğın silahları” olaraq sıralamışdır.

Beləliklə, Şimali Atlantika ittifaqı 1999-cu il Strateji Konsepsiyasında “terror aktları” “digər risklər” siyahısının ən başına keçirmiş oldu.

2001-ci ildə isə ABŞ-a yönəllik terror hücumu ilə birlikdə, NATO-nun ilk dəfə anlaşmanın 5-ci maddəsini terror səbəbilə işə saldığı görünməkdədir. Hər bir terror hücumu üçün eyni mənaya gəlməsə də, 11 sentyabr terror hücumundan heç 24 saat keçməmiş ABŞ-ın NATO üzrə müttəfiqləri Vaşinqton müqaviləsinin 5-ci maddəsini işə salmaq üçün bir araya gəldilər. Bu, artıq “bir ölkəyə hücum” deyil, “hamıya hücum” anlamı daşıyırdı.

Bu baxımdan, NATO-nun yeni strateji konsepsiyasını müəyyən etməyə hazırlaşdığı bir dövrdə Türkiyə yuxarıda sıraladığım addımları ən sürətli şəkildə atmalıdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam