Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BAYDEN QAFQAZ VƏ ORTA ASİYANI ÖN PLANA ÇIXARACAQ: -Türkiyə yeni dönəmə hansı planla gedəcək? - TƏHLİL

 

Gürşad Zorlu

“Habertürk”, Türkiyə, 14 yanvar 2021-ci il

 

Yenixeber.org: Görünür, dünyada gedən iqtisadi və siyasi mübarizə qarşıdakı illərdə xüsusilə iki bölgədə yenidən intensivləşəcək. Bu bölgələrdən biri Qafqaz, digəri isə Orta Asiyadır.

Avrasiya coğrafiyasının əsas hissələrini təşkil edən hər iki bölgədə də türk dünyasının ciddi bir ağırlığı vardır. Türkiyəni də yaxından maraqlandıran bu inkişaf ehtimalı təhlükələrlə birlikdə, fürsətlər də daşımaqdadır.

Bu səbəblə, təqribən, 10 ildir Avrasiyadan çəkilmiş olan ABŞ-ın təkrar təsir əldə etmək yönündə bir meyl nümayiş etdirəcəyini söyləmək mümkündür. Belə ki, 20 yanvarda vəzifəsinin icrasına başlayacaq Co Baydenin, – həm şəxsi açıqlamaları, həm də ABŞ-ın öhdəlikləri nəzərə alınarsa, – Qafqaz-Xəzər-Orta Asiya vektoruna Trampdan daha çox önəm verəcəyi görünür.

Vaşinqtonda baş verən son hadisələr ABŞ demokratiyasının təftiş edilməsinə nə qədər yol açsa da, Baydenin öz dövründə ələlxüsus iki hədəfə doğru yönələcəyi gözləntisi hakimdir. Bunlardan biri demokratiyanın və bu yöndə qurumların önə çıxarılması, digəri isə beynəlxalq liberal sistemin gücləndirilməsidir. Bu nöqtədə ABŞ-ı Avrasiyada məhdudlaşdıracaq iki əsas oyunçu Rusiya və Çin olacaqdır.

1990-cı illəri bilənlər, yəqin, xatırlayacaqlar: SSRİ dağıldıqdan sonra müstəqilliklərini əldə edən yeni respublikalar Rusiya və Çini balanslaşdırmaq üçün ABŞ-ın bölgədə müəyyən səviyyədə iştirakına isti baxırdılar.

ABŞ-ın yeraltı zənginliklərə investisiya qoyması ilə birlikdə, hərbi bazalar qurma imkanına qovuşması da məlum bir həqiqətdir. Bu dövrdə Türkiyə öncə Özalla, ardınca da Dəmirəllə ABŞ-la əməkdaşlıq təməlində bir Avrasiya siyasəti yürütdü. Ancaq Obama dövründə başlayan, Tramp dövründə isə zirvəyə çıxan ABŞ-ın uzaqlaşma, özünütəcrid siyasəti yeni müstəqil respublikaları da çətin vəziyyətə saldı. Çünki çoxyönlü xarici siyasət mexanizmləri öz funksiyasını itirməyə başladığına görə, onlar da daha çox Rusiya və Çinlə yaxınlaşmağa başladılar.

Bayden administrasiyası ABŞ-ın qlobal mövqeyini şübhə altına alan çox sayda xarici siyasət problemi ilə üzbəüz qalacaq. Geopolitik istiqamətlənmə baxımından baxılarsa, ABŞ-ın milli təhlükəsizlik strategiyasında da vurğulandığı kimi, Çin, Rusiya və İranın məhdudlaşdırılması önəmli hala gələcəkdirRusiyanın Cənubi Qafqazda artan hərbi varlığı da Baydenin masası üzərində olacaqdır.

Digər tərəfdən, bu günlərdə Putinin Azərbaycan və Ermənistan liderlərini bir masada qarşısına alaraq nümayiş etdirdiyi mənzərə, əslində, qeyri-regional oyunçulara da verilmiş olan bir mesajdır. ABŞ-ın ATƏT-in Minsk qrupunun üzvü olduğu unudulmamalıdır.

Bu kontekstdə, NATO-nun potensialı Baydenin baş vuracağı ilk alət olacaqdır. Doğrusu, Tramp dövründə NATO məsələsi çox diskussiyaya səbəb olmuş, ciddi şəkildə təftiş edilmişdi. Bayden, ələlxüsus da Şərqi Avropada NATO-nun varlığını artırmaq istəyəcəkdir. Bu, Qafqaz siyasətinin də təsirli hala gəlməsi və regionda tərəfdaş qəbul etdiyi ölkələrlə yaxınlaşması anlamına gəlir. O halda, Qərb tərəfdarı olan Gürcüstan ABŞ siyasətinin fokus nöqtəsi ola bilər. Bu yöndə inkişaf ikitərəfli münasibətlərdə, başda iqtisadiyyat və enerji olmaqla, bir çox sahədə yeni açılımlar gətirə bilər. Məsələn, Gürcüstanla sərbəst ticarət anlaşması imzalana bilər. Bu durum yalnız Gürcüstan iqtisadiyyatı üçün deyil, Cənubi Qafqaz, hətta Orta Asiya (Xəzər xətti) üçün də yeni imkanların yaranması anlamına gələcəkdir.

Qeyd etmək lazımdır ki, belə bir tablo qarşısında Türkiyə çətinliyə düşə bilər. S-400-lərin alınması, embarqolar, digər kövrək məsələlər masada olduğu bir vaxtda ABŞ-ın mümkün Avrasiya açılımı etməsi halında, Türkiyəni gözardı edə bilməyəcəyi üzərində indidən yaxşı düşünülməli və bəlkə də bir sıra təkliflər hazırlanmalıdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam