Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Sarkisyan yenidən öz terrorçu xislətini göstərdi” -Politoloq

“Sarkisyan yenidən öz terrorçu xislətini göstərdi” -  Politoloq
Ermənistanda siyasi gərginliyin artdığı bir vaxtda ölkənin üçüncü prezidenti Serj Sarkisyan qalmaqallı müsahibə ilə gündəmə gəlib. O, müsahibəsində baş nazir Nikol Paşinyanı gözdən salmağa hesablanmış açıqlamaları ilə yanaşı, özünü də ifşa edib.
Yenixeber.org: Belə ki, Serj Sarkisyan “Armnews” kanalına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını açıq şəkildə etiraf edib. O, eyni zamanda, Ermənistan tərəfinin İskəndər əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etməsi məsələsinə toxunub və bu silahın müharibənin son dövründə Şuşa istiqamətində istifadə edildiyini bildirib.

Eks-prezidentin fikirlərini şərh edən politoloq İlqar Vəlizadə deyir ki, əslində Serj Sarkisyanın müsahibəsində səsləndirdiyi bir sıra anormal fikirlər Ermənistan hakimiyyətinin ifşasına və ölkə rəhbərliyinin terrorçuluq mahiyyətinin açıb göstərilməsinə hesablanıb. Onun “İsgəndər” raketlərindən doğru-düzgün istifadə edilməməsindən gileylənməsi və Gəncədən danışarkən şəhərlərin, mülki əhalinin məqsədli şəkildə raket atəşinə tutulması faktını təsdiqləməsi buna misal ola bilər.



Politoloq erməni rəhbərlərin, xüsusən də Serj Sarkisyanın gerçək simasının məhz terrorçuluq olduğunu xatırladıb:

“Əslində bu, Sarkisyanın ilk özünü ifşa açıqlaması deyil. “İsgəndər” raketindən səmərəli istifadə edib, daha çox mülki əhali qırmaq düşüncəsində olan keçmiş erməni prezident əvvəllər də eyni mahiyyətli fikir səsləndirmişdi. Xatırladım ki, o, məşhur ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə də Xocalı soyqırımından danışarkən öz terrorçu xislətini göstərib. İngilis jurnalistin kitabında Sarkisyanın “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”,-deyən cümlələri qeyd olunub. Eks-prezident izah edirdi ki, erməni rəhbərlər öz maraqlarını təmin etmək üçün hər cür vasitələrə əl ata bilərlər. Bu açıqlamadan neçə il sonra Sarkisyan yenidən ortaya çıxaraq eyni mahiyyətdə olan müsahibə verdi”.

Politoloqun sözlərinə görə, belə həssas dönəmdə Sarksiyanın geniş müsahibə verməsində əsas məqsəd ondan ibarət idi ki, o, öz siyasi opponentlərini vurmağa çalışır. Yəni eks-prezident bütün vasitələrə əl atmağa, sirləri belə açıb tökməyə hazırdır ki, rəqiblərini özündən geri atsın, özünü qəhrəman kimi göstərsin:

“Bu adam üçün məhdudiyyət, qadağan olunmuş xətt yoxdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu, Serj Sarkisyanı xarakterizə edən cəhətdir. Öz məqsədlərinə çatmaq üçün “milli maraqlarından” belə keçə bilər. Əslində eks-prezident Gəncənin və digər şəhərlərin vurulması ilə bağlı fikirlərində həqiqəti də söylədi, heç nəyi gizlətmədi. Bu yaxınlarda onun silahdaşlarından olmuş digər eks-prezident Robert Koçaryan da təxminən eyni mahiyyətli açıqlamalar vermişdi. O da indiki iqtidarı ifşa edirdi. Amma onlar rəqibin ifşasına hesablanmış fikirlərlə eyni zamanda ümumilikdə Ermənistanın dövlət siyasətini də bütün çılpaqlığı ilə açıb ortaya qoyurlar. İndi məqsəd bəllidir: özünə bəraət qazandırmaq, illərlə yürütdüyü siyasətin doğru olduğunu sübut etmək, opponentləri ləkələyib, meydanda olan rəqibləri yıxmaq. Bütün hallarda erməni rəhbərlər bu cür açıqlamalarla bilərəkdən, ya istəmədən həqiqəti üzə çıxarmış olurlar. Yəni fərqi yoxdur ifşaedici açıqlamaları Koçaryan, ya Sarkisyan verdi, yaxud da baş nazir Paşinyan, onun komandasından olan biri. Bütün hallarda cavab olaraq verilən bəyanatlarla özlərini ifşa etmiş olurlar”.

İlqar Vəlizadə Serj Sarkisyanın yenidən cəmiyyətdə əvvəlki kimi nüfuz qazanması ehtimalının olmadığını bildirib:

“Erməni cəmiyyətində hansısa siyasi liderin nüfuzu “İsgəndər” raketindən istifadə edib etməməsi ilə ölçülmür. İnsanlar əsas meyar kimi onu götürürlər ki, bu adam konkret olaraq cəmiyyətimizə nə verdi? Yəni hansısa iqtisadi-siyasi xeyirlər veribsə, bəli, onun yenidən nüfuz qazanmaq ehtimalı olur. Serj Sarkisyan on il ərzində hakimiyyətdə olub, ondan öncə isə orduya rəhbərlik edib. Bütün bu müddət ərzində Sarkisyan yalnız özü deyil, qardaşları, övladları, yeznəsi belə ölkəni talamaqla ad çıxardı. Paşinyan isə 2 il ərzində bu faktları açıb cəmiyyətə bir daha göstərdi, klanın “mafiya oyunları”nı ifşa etdi. Hazırda müəyyən məhkəmə prosesləri davam edir ki, burada da yeni konkret dəlillər üzə çıxır. Ona görə də, belə bir keçmiş nüfuzdan düşmüş rəhbərin müharibənin gedişatı ilə bağlı açıqlamaları onun imicinə və komandasının nüfuzuna heç bir formada təsir göstərməyəcək. Klanın imici xeyli aşağı düşüb, reytinqləri budan sonra çətin qalxsın. Bu mənada yaxın vaxtlarda Sarkisyanın nüfuzu ilə bağlı hansısa müsbət dəyişikliklərin baş verəcəyinə inanmıram”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam