Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müharibənin 4 və 5-ci günündə “İsgəndər” istifadə edilməli idi” -Sarkisyan

“Müharibənin 4 və 5-ci günündə “İsgəndər” istifadə edilməli idi” -  Sarkisyan
Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edildiyi barədə həm mətbuatda, həm də məndə etibarlı məlumatlar var. Müharibənin son dövründə və konkret olaraq Şuşa istiqamətində istifadə edilib.
Yenixeber.org: Bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müsahibəsində bildirib.

Sarkisyan deyib ki, “İsgəndər” müharibənin dördüncü və ya beşinci günündə, Azərbaycanın Horadizdə və digər yerlərdə çoxlu sayda canlı qüvvə, hərbi texnika yığdığı zaman istifadə edilməli idi. “İsgəndər” məhz bu məqsəd üçün mövcuddur.

"Ancaq başqa bir tezis, düşünürəm ki, digər vasitələrimizin Azərbaycana qarşı istifadə edilmədiyini demək düzgün deyil. Birinin Kirovabad (Gəncə şəhəri) hava limanını məhv etmək əmrini verdiyini necə lovğalıqla söylədiyini xatırlayın.

Reallıq budur ki, Kirovabada (Gəncə) atəş açıldı. Hansı ki, bu, ən böyük axmaqlıq idi. Bu insanların hərəkətlərini başa düşmürəm”.

Beynəlxalq ictimaiyyətin bundan sonra Ermənistanı günahlandırmağa başlaması ilə bağlı suala gəlincə, Sarkisyan, "əlbəttə, günahlandırmalı idilər”, - deyə cavab verib.

"Təkcə beynəlxalq ictimaiyyət günahlandırmağa başlamadı, bundan sonra Stepanakerti (Xankəndi- red) və Martunini (Xocavənd-red.) nişan almağa başladılar. Daha əvvəl Stepanakertə atəş etmədiklərini demirəm, ancaq bu atəş iki hədəfə - "müdafiə ordusunun" qərargahı, digəri elektrik stansiyasına yönəlirdi. Bu belə idi. Əlbəttə, istifadə ettmək lazım idi, bəs onda nə üçün əldə etmişdik. Ümumiyyətlə, beynəlxalq birliyin bu bəyanatları ... Bunlar kimə lazım idi? Demirəm ki, birinci hədəf qaz kəmərləri, neft kəmərləri və s. olmalı idi. Bəs biz bu “İsgəndər”i niyə əldə edirdik. Lazımi anda istifadə etməmisinizsə, niyə gətirdiniz?".

Sarkisyan onu da əlavə edib ki, müharibənin beşinci və ya altıncı günündə bəziləri guya "İsgəndər" bizim deyil, idarəetmə sistemi başqa yerdədir kimi şayələr ortaya atmışdılar.

"Bu, cəfəngiyatdır. "İsgəndər" bizimdir. Biz, müttəfiqimizin bu cür silahlar təqdim etdiyi yeganə ölkəyik və bunları istifadə etməməyi başa düşə bilmirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam