Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Biz diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər” -Çavuşoğlu

 

“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər, bəli, biz buna da razıyıq”.

Yenixeber.org: Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyada keçirilən konqresində bildirib.

Cavuşoğlu qeyd edib ki, Türkiyə yeri gələndə sakit gücünü, yeri gələndə də sərt gücünü istifadə edə bilib və Türkiyənin, türk millətinin əleyhinə olan oyunları pozmağı bacarıb: “Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda olanlar göz önündədir. Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadı. Nooldu? Can qardaşımız Azərbaycan döyüş meydanına girdi, haqqını, işğalda olan torpaqlarını geri aldı. Amma indi diplomatiya, siyasi həll yolu istəyirlər, bəli, biz buna da varıq. Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik, Ermənistan bu dərslərdən dərs alıb, düzgün davranarsa ən çox qazanc götürən Ermənistan olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam