Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Ermənistan özünü intihara sürüklənir -qırğılardan Bakıya qarşı yeni hədələr

 

Baydenin Ağ Evə gəlişi ilə İrəvanda antitürkçü revanşistlərin səsi gurlaşıb; “ABŞ ”demokratik“ Ermənistanı Rusiyadan qoparacaq, Azərbaycanı isə...“

Yenixeber.org: Müharibəni erməni xalqı, erməni ordusu yox, bacarıqsız hökumət uduzub”. Kapitulyasiyanı imzalayan qonşu ölkədə Azərbaycana qarşı aparılan 30 illik işğalçı siyasətə görə məsuliyyəti bölüşmək istəməyənlərin ən çox istifadə etdiyi tezis hazırda budur. Sanki illərdir yad torpaqlara məmnuniyyətlə öz övladlarını göndərən, könüllü dəstələr yaradıb fəxrlə cəbhəyə yollayan, nəhayət, on illərdir “məğlubedilməz” ordusu ilə qürur duyan, demək, uduzan da elə erməni xalqı və onun siyasi elitası deyilmiş.

Əlbəttə ki, məğlubiyyət həmişə yetim və yiyəsizdir. Özü haqda yüksək fikirdə olmağın, başqa xalqlara yuxarıdan aşağı, irqçi gözü ilə baxmağın, mif və yalanların əsiri olmağın axırı belə də olmalı idi. Gəl ki, ermənilər bu gün də başlarına niyə fəlakətlərin gəldiyini anlamaq, etiraf eləmək istəmirlər. Əksinə, həyasızcasına yenə hansısa mifik hərbi qələbədən, revanşdan dəm vururlar. Azərbaycana yumruq və barmaq silkələyirlər. Əfsus ki, bu fonda soyuq və sağlam məntiqli çağırışlar eşidilməz olub.     

*****

“Erməni ordusu və erməni əsgəri yeni Qarabağ müharibəsində məğlub olmadı, əksinə, uzağı görə bilməyən, perspektivsiz və təhlükəli diplomatiya nəticəsində səriştəsiz hakimiyyət məğlub oldu”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, parlamentdəki eyniadlı fraksiyanın rəhbəri Qagik Tsarukyanın ordu günü münasibətilə paylaşdığı müraciətdə deyilir.

“Vətən (hansı vətən?! - red.), xalq naminə və bugünkü nisbi əmin-amanlığımız üçün canlarını əsirgəməyən bütün könüllülərin, əsgər və zabitlərin xatirəsi önündə baş əyirəm. Məhz bu gün biz sizə oğurlanmış qələbəni (?!- red.), ermənilərin ləyaqətini qaytaracağımıza və üçqat may bayramını qeyd etmək qürurunu gələcək nəsillərə çatdıracağınıza söz verməliyik”, - deyə müraciətdə tipik erməni pafosu ilə bildirilir (“Üçqat may bayramı” - Şuşanı guya təzədən işğal edəcəklərinə işarə edilir - red.).

Business Tycoon Gagik Tsarukyan Charged with Bribery, Corruption

Qagik Tsarukyan

 

Baş nazir Nikol Paşinyana qarşı müxalifətin vahid namizədi, Dağlıq Qarabağdakı separatçılığın banilərindən olan Vazgen Manukyan isə əmindir ki, “erməni ordusu qısa müddətdə bərpa olunacaq və gücünü göstərəcək”. “Yalnız bu halda biz beynəlxalq aləmdə sözü keçən güclü, firavan bir dövlət qura biləcəyik”, - deyə o iddia edib.

“Bu gün mən ağrı və itkilər, məğlubiyyət və xəyanətdən danışmayacağam. Bu gün mən deyəcəyəm ki, ordumuz, əsgərlərimiz və zabitlərimiz erməni xalqının təhlükəsizliyinin qarantı, qürurunun, ləyaqətinin və qələbələrinin mənbəyi olaraq qalır” - Manukyan ordu günü bildirib.

Öz növbəsində Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan hesab edir ki, Ermənistanın silahlı qüvvələrinin İsrail təcrübəsi əsasında qurulmasına ehtiyacı var və bu model əsasında ordunu inkişaf etdirmək lazımdır. “Biz o fikirlə yaşamalıyıq ki, geri çəkilmişik, itirməmişik və yenidən toparlanmalıyıq”, - deyə Zakaryan sözünə əlavə edib.

*****

Rusiyalı hərbi ekspert: "Ermənistan üçün bu cür məğlubiyyət dəhşətli  zərbədir"- koordinat.az

Göründüyü kimi, kapitulyasiyadan heç üç ay keçməyib, amma  Ermənistanda acınacaqlı hərbi məğlubiyyəti unudub revanş hissi ilə alışıb-yanan “siyasətçilər”, sabiq uğursuz hərbçilər meydan sulayır. Onlardan biri hətta vahid namizəd qismində baş nazirliyə iddialıdır. Belə çıxır ki, hakimiyyət başına gəlsə, onun əsas işi öz bədbəxt, acından ölən xalqını ağ günə çıxarmaq deyil, yeni müharibəyə hazırlaşmaq olacaq.

Bəs Ermənistandakı qırğılar nəyə arxayınlaşıb belə deyirlər, əgər nəzərə alsaq ki, 1 nömrəli müttəfiqləri Rusiya bölgədə böyük müharibədə maraqlı deyilsə? Əsas varlıq qarantları olan Moskvanın iradəsi əleyhinəmi gedəcəklər? Ya bəlkə Bayden hökumətinin İrəvana birbaşa hərbi yardım göstərəcəyini, “demokratik” Ermənistanı, nəhayət, Rusiyanın cəngindən qoparacağını və bu zaman üstəlik, Azərbaycanı cəzalandıracağını zənn edirlər?

Trump and Biden in Iowa: Can they demonstrate septuagenarian vigor?

İstənilən halda, ABŞ-a bəslənən ümidlərin xeyli şişirdildiyini əminliklə söyləmək olar. Həm də o səbəbə ki, ermənilərin tarixən öz ağasını dəyişmək xətrinə özlərini satışa çıxarmaq, hər cür oyundan çıxmaq “qabiliyyəti”nə okeanın o tayında da bələddirlər. Bir də “havayı pendir yalnız tələdə olur”. Başqa sözlə, rusdan imtina edib, bölgədə “Sem dayı”nın maşasına çevrilmək erməni xalqına, Ermənistana indikindən də baha başa gələ bilər.. Bizdən yazmaq...

***** 

Azərbaycana ünvanlı hədələrə gəlincə, doğru, biz 44 günlük müharibədə “ilanın” başını tam əzmədik. Daha dəqiqi, obyektiv səbəblərdən bunu edə bilmədik. Bu haqda dəfələrlə yazılıb. Hərçənd məntiqlə başından ağır yara alan “ilan” elə də təhlükə kəsb etməməlidir, çünki daha həmin başda “zəhər” yığıla bilməz.

Ermənistan ən azı 20-30 il bizimlə müharibə edə bilməyəcək"

Bununla belə, yaralı “ilan”ın dirçəlmək israrı ortada. Manukyan və tsarukyanların başından böyük iddiaları hər halda belə təəssürat yaradır. Ancaq dirçəliş üçün, ordunu sıfırdan bərpa edib müasir səviyyəyə gətirmək üçün nəhəng paralar lazımdır. Ermənilərə hardan gələcək bu vəsait?

İki yol var: güclü iqtisadiyyat, ya da xaricdən kömək. Ermənistan iqtisadiyyatının peşəkar ordu saxlayacaq səviyyəyə çatması üçün onilliklər lazımdır, o da qonşu Azərbaycan və Türkiyə ilə sıx inteqrasiya şərti ilə. Xaricdən isə heç kim pulu boşuna vermir. Erməni lobbisi böyük paralar versəydi, 30 ildə verərdi. Rusiya da müasir silahları İrəvana havayı verən deyil. Çünki onu dünya bazarında satıb kasad büdcəsinin dəlmə-deşiklərini doldurur.

Moskva ən yaxşı halda indiyədək olduğu kimi, daxili bazar qiyməti əsasında Ermənistana silah sata bilər ki, bunun özü də dərin tənəzzül yaşayan İrəvan üçün ucuz məzənnə deyil. Xüsusən də 44 günlük müharibədən sonra daha böhranlı duruma düşən iqtisadi göstəricilər fonunda.

Ermənistan heç Rusiyadan silah üçün aldığı köhnə kreditləri qapaya bilməyib və müttəfiqi qarşısında böyük borclanmaya girib. Yaranmış ağır durumda Azərbaycana ünvanlı hədələr, revanş çağırışları, iqtisadiyyata deyil, ordu quruculuğu məsələsinə prioritet verilməsinin bircə adı ola bilər: Ermənistanı özünüintihara sürükləmək...


“Müsavat” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam