Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ermənistanda cəbhəyə getmək istəməyənlərin övladları girov götürülür -Erməni hüquqşünas

Ermənistanda yeni doğulmuş körpələrə yalnız ataları könüllü olaraq cəbhəyə getdikdə şəhadətnamə verilir. O vaxta qədər uşaqları və anaları xəstəxanalarda girov saxlanılır.

Yenixeber.org: Bu barədə erməni hüquqşünas Robert Hayrapetyan sosial şəbəkədəki hesabında yazıb.

“Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif insanlarımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirlər. Uşaq doğulduqdan bir gün sonra doğum haqqında şəhadətnamənin yalnız uşağın atasının cəbhəyə könüllü getməsi barədə təsdiq sənədinin təqdim edilməsi şərti ilə veriləcəyini necə etmək olar?

Uşaqları və analarını girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasında oturmağa qərar vermisiniz? Sizdə beyin var?”, - deyə R.Hayrapetyan yazıb.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik halları və xaos getdikcə artır. Ermənistanda qadınlar, qocalar və uşaqlar zorla müharibəyə aparılır və cəbhəyə getməkdən yayınanlar sərt şəkildə cəzalandırılırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam