“Moskva görüşü növbəti diplomatik qələbəmizdir” -Deputat

“Hələ müharibədən əvvəl və ağır döyüşlər gedən zaman Azərbaycan Ermənistandan diplomatik sahədə də üstün olduğunu sübut etmişdi”.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib. O bildirib ki, dünən təkcə ölkəmizin və regionun deyil, ümumilikdə bütün dünyanın gözü Moskvada idi:
“Artıq Vətən müharibəsi bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bundan sonra bizim qarşımızda duran əsas məsələ hərbi uğurumuzu siyasi arenada, diplomatik sahədə davam etdirməkdir. Bu mənada məhz dünənki Moskva görüşünü də növbəti diplomatik qələbəmiz saymaq olar. Adətən deyirlər ki, liderlərin, ölkə rəhbərlərinin jestləri, mimikaları onların sözləri qədər təsirli ola bilir. Məhz dünən Rusiya paytaxtında ölkə başçısı bəyanatı səsləndirən zaman onun qalib Ali Baş Komandan kimi necə məğrur dayandığı diqqətdən yayınmadı. Həqiqətən də Moskva görüşündə Azərbaycan Prezidenti məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları, sözünün imzası qədər kəsərli olan lider kimi diqqəti cəlb etdi”.
Deputatın sözlərinə görə, bəziləri görüşdə Ermənistan baş nazirinin hansısa formada aşağılanacağını düşünürdü. Amma Prezident İlham Əliyev qalib dövlət rəhbəri statusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı:
“Yeri gəlmişkən onu da deyim ki, Ermənistanın baş naziri bu görüşdə hansısa prinsipiallığı və ya sözünün keçməsi ilə deyil, məhz həddən artıq gərgin, çaşqın, məyus durumu ilə yadda qaldı. Bu gün də Rusiya mediası Nikol Paşinyanın durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etməkdədir. Düşünürəm ki, o, özü bu cür situasiyaya düşməyi çoxdan haqq etmişdi. Ondan fərqli olaraq, Prezidentin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və bu fəaliyyətini məhz bu istiqamətdə qurur. Yaxın gələcəkdə isə regionda ciddi iqtisadi dəyişikliklərin şahidi olacağıq. Bütün bu dəyişikliklərə səbəb məhz müdrik Prezidentimizin başlatdığı Vətən müharibəsi və onun məntiqi nəticəsi oldu. Əks təqdirdə, bölgə hələ uzun müddət qaynar qazanı xatırladacaqdı, danışıqlar uzanacaq, sərhədlər bağlı qalacaq, kommunikasiyaların bərpası xəyal olaraq qalacaqdı. Beləcə, region da ölü vəziyyətində olacaqdı. İndiki halda isə biz regiona inkişaf və iqtisadi yüksəlişi gətirməkdə davam edirik. Əvvəllər nəhəng beynəlxalq layihələri Qafqaza daşıyırdıqsa, indi üçtərəfli, hətta gələcəkdə dörd, beştərəfli əməkdaşlıq formatları ilə bunu reallaşdıracağıq”.