Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bölgənin “korbağırsağı” -Ermənistan mat vəziyyətində

Daha bir yanlış gediş bu “izqoy” ölkənin uçuruma yuvarlanmasını geri dönməz edəcək; Ermənistan  qonşularını və dünyanı bezdirməkdən əl çəkəcəkmi?; Karen Şahnazarov: “Azərbaycan qalibdir, erməni tərəfi revanşı unutmalıdır...”

Yenixeber.org: Azərbaycan xalqı haqq etdiyi hərbi zəfəri qeyd etməkdə ikən, məğlub və miskin Ermənistan qəm dəryasına batıb. Gözlənildiyi kimi, kapitulyasiyaya qol qoymaq zorunda qalan düşmən ölkədə siyasi ehtiraslar hər gün bir az daha qızışır, siyasi çəkişmələr, “günah keçisi” axtarışı güclənir, ölkə faktiki qaynayır.

Ancaq narazılıq və qəzəb dalğasının fonunda hakim qüvvəyə - baş nazir Nikol Paşinyan və komandasına ünvanlı istefa tələbləri və ittihamlar ən çox diqqət çəkir. Halbuki müharibədə məğlub olan tək Paşinyan yox, bir əsrdən artıqdır xam xəyallarla, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni xalqının özüdür. Müharibəni uduzan - qonşularına qarşı hələ də sərsəm ərazi iddialarından əl çəkməyən erməni toplumudur.

Təbii ki, xroniki “erməni xəstəliyi”ni sağalmağa qoymayan rəhbərlərin və erməni katolikosların üzərinə bu məsələdə məxsusi məsuliyyət düşür. O səbəbə Nikol Paşinyan da daxil olmaqla, oradakı siyasilərin bir-birinə ittihamlar yağdırması, bir-birini qırması həlledici sayıla bilməz. Bu, nəticəni qala-qala səbəblə aparılan mənasız mübarizəyə bənzəyir. Səbəbi isə artıq dedik - “erməni xəstəliyi”.

*****                  

Paşinyan müharibə istəyir, istədiyini alacaq... - Ens.az - 4 dildə xəbərlər  və ensiklopediya

“Nikol Paşinyan dövlət başçısı olmağın nə demək olduğunu anlamır”.

Bunu eks-prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu “Erməni Milli Konqresi”nin (EMK) üzvü Levon Zuryabyan “Azatutyn TV”-yə (“Azadlıq TV”) müsahibəsində bildirib.

“Nikol Paşinyan məsuliyyətdən qaçdı, ”bir qarış da torpaq verilməyəcək" təbliğatının əsiri oldu, “bir qarış da torpaq...” tezisini dəstəkləyənlərin liderinı çevrildi və xalqı fəlakətli yola sürüklədi", - deyə o qeyd edib.

Onun sözlərinə görə, erməni baş nazirə ifrat və ağrılı bir şöhrətpərəstlik xasdır: “O, beynəlxalq siyasətdə, geosiyasi və hərbi məsələlərdə tamamilə savadsızdır və təsəvvür eləmir ki, tarixdə Böyük Tiqrandan daha əhəmiyyətli bir dəyər olaraq yox, torpağı təslim edən şəxs kimi qalacaq”.

Zurabyan, Paşinyanın Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyana Moskvaya gedərək, hələ mümkün olanı xilas etmək üçün danışıqlar aparmaqdan ötrü mandat verməkdən imtina etdiyini söyləyib. “Nikol Paşinyan real həyatdan tam qopan və öz xəyalları ilə yaşayan biridir. Xalq artıq bu hökuməti qəbul etməyəcək. O, Ermənistanı və Qarabağı məhv etdi. Aydın məsələdir ki, Paşinyan hakimiyyətdən yapışmağa davam edəcək. Qoy o, xalqın öz itirdiyi ləyaqətini bərpa edə bilməsi üçün aprel-may aylarında seçki elan etsin” - qurum təmsilçisi əlavə edib.

Levon Ter-Petrosyan - Vikipedi

“Belə bir biabırçı kapitulyasiyadan sonra dünyada demək olar ki, hamının bizə yazığı gəlir və demək olar, heç kim bizə hörmət etmir”.

Armen Aşotyan: Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir »  7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Armen Aşotyan

Bunu isə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz facebook səhifəsində yazıb.

“Bütün xalq ilk və əsas addım kimi hazırkı sui-qəsdçi xuntanın aradan qalxmasının tarixin hökmü olduğunu etiraf etsə, bəlkə ayağa qalxmaq şansımız yarana. Əks təqdirdə, biz qəti olaraq, dövlətdən geosiyasi bir ”apendisit"ə (korbağırsaq - red.) çevriləcəyik", - deyə o əlavə edib.

Xatırladaq ki, Armen Aşotyanın üzv olduğu Respublika Partiyasının sədri sabiq prezident və baş nazir Serj Sərkisyandır - hansı ki, iki il yarım öncə Nikol Paşinyanın başçılıq elədiyi üsyançı kütlə tərəfindən iqtidardan devrilmişdi.

*****

İlk baxışda keçmiş xunta rejiminin təzədən hakimiyyətə qayıdışı, siyasi revanşı üçün yaxşı bir fürsətin yetişdiyi təəssüratı yaranır. Lakin ilk baxışda. Məsələ ondadır ki, ötən həftə bu partiyanın rəsmi sözçüsü Eduard Şarmazanov bildirdi ki, onlar əsla hakimiyyətə iddialı deyillər, sadəcə, Nikolun vəzifədən getməsini tələb edirlər. Bu da səbəbsiz deyil.

Pandemiya Ermənistanı dağıdır, Qarabağ xofu artır, kütləvi iğtişaşlara  hazırlıq gedir - TƏHLİL - en son xeberler 2020, xeberler bu gun 2020

Əvvəla, ermənilər Nikol Paşinyana nə qədər qəzəbli olsalar da, korrupsioner Sərkisyan rejiminin, bütövlükdə Qarabağ klanının günahlarını bağışlamayıblar. Bunu keçmiş hakim partiyada yaxşı bilirlər. İkincisi, 44 günlük müharibədə rüsvayçı şəkildə məğlub və darmadağın olan erməni işğalçı ordu əsasən Qarabağ klanının 20 illik hakimiyyəti dövründə qurulub. Yəni günahı yalnızca Paşinyanın üzərinə atmaq ədalətli olmazdı. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışların birində vurğuladı ki, biz Sərkisyan-Köçəryan ordusuna qalib gəlmişik.

Başqa yandan, müharibə nəticəsində ağır maddi, insani və psixoloji zərbə alan, iqtisadiyyatı hələ müharibəyə qədər də böhranlı durumda olan Ermənistanı dirçəltmək asan olmayacaq. Nəhəng bir yükün altına girmək lazım gələcək. Nəhayət, Sərkisyan da daxil, siyasi opponentlər onun da fərqindədirlər ki, Paşinyan istefa versə belə, Qarabağa dair 10 noyabr üçtərəfli razılaşmanı, Ermənistanın kapitulyasiya aktını ləğv etmək, yaxud yumşaltmaq mümkün olmayacaq. Əksinə, oradakı bütün bəndləri, yazılı öhdəlikləri Ermənistan adına həyata keçirmək lazım gələcək. Yoxsa birbaşa prezident Vladimir Putinin iradəsinə qarşı getmək lazım gələcək. Bu cürət isə heç bir erməni siyasətçisində yoxdur, ola da bilməz.     

*****

Ermənistan beləcə, şahmat dili ilə desək, faktiki mat vəziyyətindədir. Dramatik durumun əsas özəlliyi isə odur ki, bütün bunların ardınca daha bir yanlış gediş, sərt gerçəklə uzlaşmayan daha bir bağışlanmaz səhv və ya qərar bu “izqoy” ölkənin uçuruma uçuşunu geridönməz edəcək. Yeni “partiya” isə olmayacaq, gözlənilmir.

Bu xüsusda hərbi məğlubiyyət erməni toplumuna, onun siyasi elitasına, nəhayət, silkələnmək və yeganə doğru yolu tapmaq üçün bəlkə də ən unikal fürsəti verib. Qalır ondan yararlanmaq. Sarsaq ideallarla yaşamaq, saxta qəhrəmanlıq tarixi ilə öyünmək zamanı keçdi. Qonşuları və dünyanı bezdirmək yetər!..

Ermənistanda yeni iğtişaş - çoxlu sayda yaralanan və həbs edilən var -  YENİLƏNİB | Eurasia Diary

“Erməni tərəfi revanş cəhdini unutmalıdır”.

Bunu “Mosfilm”in rəhbəri, əslən Bakıdan olan erməni rejissor Karen Şahnazarov “Moskva-Baku” virtual körpüsünə müsahibəsində söyləyib.

“Azərbaycan bu hərbi kampaniyanı həqiqətən qazandı. İki ölkə barışıq içində yaşamağı öyrənməsə, 20-30 ildən sonra müharibə yenidən başlayacaq”, - deyə o vurğulayıb.

Cənubi Qafqazı özünəməxsus bölgə saydığını bildirən Şahnazarov daha sonra deyib: “Bundan əlavə, regionda bir çox xalqlar uzun zamandır tarixi, ənənələri ilə bir-biri ilə əlaqəlidir, həmişə də yaxın olublar. Və əgər geniş, hər şeydən yaxşısı, iqtisadi qarşılıqlı fəaliyyət üçün mexanizm yaradılsa, məsələn, Qafqaz üçün ortaq bazar qurulsa, bu, hamıya fayda gətirəcək. Əsas odur qarşılıqlı antipatiya, bir çox halda qarşılıqlı nifrət aradan qaldırılsın. Sonra həmişə olduğu kimi, sülh və harmoniya içində yaşayacaq yeni nəsil yetişəcək. Demək istəyirəm ki, ölkələrə, xüsusən də kiçik ölkələrə müharibə aparmaq lazım deyil. Onlar inkişafları üçün maksimum nəticə əldə etmək üçün əməkdaşlıq yolları tapmalıdır”.

Ermənistandakı daxili siyasi vəziyyətdən danışan erməni rejissor K. Şahnazarov ümidvar olduğunu bildirib ki, mövcud gərginliyə və radikal, millətçi ovqata rəğmən, Ermənistan xalqı atəşkəsə ehtiyac olduğunu başa düşür və onu dəstəkləyir.

Qalır indi bu qəbildən pozitiv ümidlərin çin olması...      
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam