Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ermənistandan Gürcüstana -“dost” xəyanəti

Ermənistandan Gürcüstana “dost” xəyanəti
Bir neçə gün öncə BMT Baş Assambleyasında Gürcüstan tərəfindən irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali-Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. İşğalçı Ermənistan Gürcüstan ərazisindən olan qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyan qətnamə ilə bağlı səsverməyə qatılmayıb.
Yenixeber.org: Şübhəsiz ki, Rusiya amilinə görə Ermənistan dost və müttəfiq adlandırdığı Gürcüstanın əleyhinə addım atmaqdan çəkinmədi. Bununla rəsmi İrəvan hansı mövqedə dayandığını aşkar şəkildə Tbilisiyə göstərmiş oldu.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə bildirib ki, əslində Ermənistanın atdığı bu cür addımlar Gürcüstan-Ermənistan münasibətlərinə mənfi yöndə təsir etməlidir: “Gürcüstanın indiki rəhbərləri, hakimiyyət nümayəndələri qonşuları tərəfindən sərgilənən bu cür mövqe və yanaşmanı görməli, dərindən analiz etməlidirlər. Gürcü rəhbərlər bundan sonra Ermənistana sərgilənəcək siyasətlərini, onlara olan münasibətlərini ciddi şəkildə götür-qoy etməlidirlər. Amma görünən odur ki, Ermənistan tərəfindən bu cür anti-Gürcüstan mövqeyinin sərgilənməsi ilk dəfə deyil ki, baş verir. Onlar Gürcüstanın xeyrinə olan bu kimi qətnamə və qərarların qəbulunda heç vaxt səsverməyə qatılmayıblar. Belə soyuq münasibət, arzuolunmaz mövqe və siyasət artıq davamlı hal alıb. Ancaq təəssüflər olsun ki, bəzi gürcü siyasətçiləri ermənilərin bu yanaşma və münasibətini görmür, yaxud da görmək istəmirlər”.



İlqar Vəlizadə pandemiyadan əvvəlki dönəmləri, ötən ili xatırladaraq deyib ki, Ermənistan rəhbərləri Gürcüstana səfər edərkən gürcü hakimiyyətinin nümayəndələrinə aşkar şəkildə əlaqələri daha da yüksəltməyi təklif edirdilər: “Gürcülər Ermənistan rəhbərlərini qəbul edən zaman tez-tez münasibətlərin strateji xarakter hal alması istəyi dilə gətirilirdi. Hətta Gürcüstan tərəfi ilə görüşlər zamanı belə bir konkret təklif ortaya qoyulurdu ki, gəlin strateji müttəfiqlik, münasibətlər haqqında sazişə imza ataq. Gürcüstan həmişə diplomatiyanı işə salaraq bu cür təkliflərdən yan keçirdi. Yəni bu ideyanı qəbul etmirdilər”.

Politoloqun sözlərinə görə, bütün hallarda daim hiss olunub ki, Gürcüstan da müəyyən dərəcədə Ermənistandan, hər kəsə bəlli olan məlum erməni siyasətindən ehtiyatlanıb: “Yeri gəlmişkən, rəsmi Tbilisi strateji tərəfdaşlıqla bağlı Azərbaycan və Türkiyə ilə münasibətlər qura bilib. Amma Ermənistan hələ ki, buna nail ola bilməyib. Bütün hallarda indiki reallığa nəzər yetirilməlidir, artıq Gürcüstan hakimiyyəti öz dostu, müttəfiqi ilə düşməni və ya ona soyuq münasibət bəsləyənləri görməlidir. Ermənistanın sərgilədiyi bu davamlı siyasət-Gürcüstana ərazi bütövlüyü məsələsində, səsvermələrdə aşkar dəstək olmamaq qonşu ölkəyə bir mesaj olmalıdır. Əgər Gürcüstanda kiminsə Ermənistanla bağlı müsbət planları varsa, onlar erməni davranışından özlərinə dərs çıxarmalıdırlar. Çünki bu ölkədə hakimiyyətdə müəyyən qruplar var ki, onlar Ermənistanla daha sıx münasibətlərin qurulmasında, əlaqələrin strateji səviyyəyə qaldırılmasına maraqlı olduqlarını göstərirlər. Son səsvermədə dəstək olmamaq onlar üçün yaxşı bir mesaj oldu. Düşünürəm ki, bu aşkar nümunəni görən Gürcüstan hakimiyyəti bundan sonra daha dərindən düşünəcək”. (azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam