Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Bəşər Əsəd separatçı quruma səfər edəcək

 

Bəşər Əsəd separatçı quruma səfər edəcək
Suriya prezidenti Bəşər Əsəd Cənubi Osetiyaya "rəsmi" səfər edəcək. 
Yenixeber.org: Bu barədə Cənubi Osetiyadakı separatçı qurumun lideri Anatoliy Bibolov məlumat verib. Onun sözlərinə görə, Əsədin səfərinin dəqiq tarixi hələ ki razılaşdırılır və bu istiqamətdə müvafiq iş gedir. 

Qeyd edək ki, Bibolov iyulda Suriyaya “rəsmi” səfər edərək, Dəməşqlə dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb. 

Xatırladaq ki, mayın 29-da Bəşər Əsəd hökuməti Cənubi Osetiya və Abxaziyadakı qondarma qurumların müstəqilliklərini tanıdığını bəyan edib və onlarla səfirlər səviyyəsində ikitərəfli diplomatik əlaqələr qurulacağını bildirib. 

Gürcüstanın tərkibində olan Cənubi Osetiya hələ 1990-cı ildə müstəqilliyini elan edib. Gürcü hökuməti osetinlərin separatçı davranışlarına son qoymağa çalışsa da, görülən tədbirlər nəticə verməyib. 1992-ci ilin gürcü-abxaz müharibəsi nəticəsində Abxaziya Gürcüstanın tərkibindən çıxaraq müstəqillik elan edib. Bununla da Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti itirib. Müstəqilliklərini elan etmələrinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya beynəlxalq razılaşmalarda Gürcüstanın ərazisi kimi tanınır və heç bir dövlət tərəfindən qəbul edilmir. ABŞ və Avropakomissiyası isə onları Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirir.

Lakin Gürcüstanda 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Federasiyası, Nikaraqua və Venesuela Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Daha sonra Nauru və Vanuatu da oxşar addımı atıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam