Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“PAŞİNYAN TOTAL NƏZARƏTƏ CAN ATIR” –“Gürcüstanı Azərbaycanın qucağından ayırmaq…”

BMT

Bir neçə gün əvvəl BMT-nin Baş Assambleyasında Gürcüstanın işğal olunmuş ərazilərilə bağlı keçirilən səsvermədə Paşinyan hökumətinin tutduğu mövqe erməniləri narahat etməyə başlayıb.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, BMT-də Gürcüstanın istəyilə gündəliyə daxil edilən “Abxaziya və Tsxenvali regionundan məcburi köçkün və qaçqın düşənlərin statusu barədə” sənədin səsverməsi zamanı Ermənistan “bitərəf” qalıb. Hansı ki, indiyə qədər bu tip səsvermələrdə Ermənistan həmişə Rusiyanın mövqeyindən çıxış edərək, “əleyhinə” səs verib.

Paşinyan hökumətinin bu mövqe dəyişikliyi Serj Sarkisyanın tərəfdarlarının üstünlük təşkil etdiyi müxalif düşərgənin ciddi narazılığına səbəb olub.

Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, Paşinyan hökuməti bu mövqe dəyişikliyini diplomatik uğur kimi təqdim etməyə çalışsa da, əslində belə addımlar ölkənin təhlükəsizliyi baxımından doğru deyil. O, bu cür mövqe dəyişikliyinin Rusiyanı qıcıqlandıracağına, Gürcüstanla münasibətlərə isə elə bir ciddi təsir göstərməyəcəyinə əmin olduğunu deyib: “Gürcüstran bizim üçün dost ölkədir… Ancaq əminəm ki, Tbilisi bu jesti lazımınca qiymətləndirməyəcək, Rusiya isə başa düşməyəcək…”

12112212121

A.Aşotyan bildirib ki, bu mövqe dəyişikliyi Gürcüstanı qazanmaq baxımından Ermənistana heç nə verməyəcək, çünki “Gürcüstanı Türkiyə ilə Azərbaycanın qucağından ayırmaq mümkünsüzdür…” Həmçinin erməni siyasətçi bildirib ki, bu məsələ təkcə Gürcüstana aid deyil və bir çox siyasi meydançalarda oxşar məzmunlu sənədləri Azərbaycan tərəfi də qəbul etdirməyə çalışır.

Xatırladaq ki, BMT-də müzakirə olunan həmin sənədin lehinə 79, əleyhinə isə 15 ölkə səs verib. Bitərəf qalanların sayı 57 olub ki, onlardan da biri Ermənistandır.

A.Aşotyan Paşinyanla qondarma “DQR”-in rəhbərliyi arasındakı qarşıdurmaya da toxunub və bildirib ki, qondarma rejim rəhbərliyi “daha müdrik hərəkət edərək, Paşinyanın provakasiyalarına uymur…” Lakin onun dediyinə görə, baş nazir “DQR” rəhbərliyinin özünü təmkinli aparmasından sui-istifadə edir və hər şeyə total nəzarəti ələ keçirməyə çalışır: “Paşinyan ona verilən qanuni səlahiyyətlərlə kifayətlənmək istəmir və total nəzarətə yiyələnməyə çalışır.”

Göründüyü kimi, Paşinyan hökuməti beynəlxalq müstəvidə Rusiyanın narazılığına səbəb olan addımlar atacaq qədər, necə deyərlər, “şişib”. Ancaq bu “cəsarətin” uzun sürməsi təbii ki, gözlənilmir.(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam